Türkiyədə “Ergenekon” əməliyyatı adı altında keçirilən həbslər təkcə bu ölkənin yox, bütün dünyanın, xüsusilə də Azərbaycanın marağına səbəb oldu. Qeyd edək ki, bu əməliyyatın gedişində istefada olan üç general da daxil olmaqla, xeyli sayda tanınmış şəxslər həbs edilib. Həbs edilənlər arasında Türkiyədə milliyyətçi siyasi kəsimə daxil olan tanınmış simalar, o cümlədən jurnalistlər də var. Bu insanları terror təşkilatı qurmaqda, dövlət çevrilişinə cəhddə və sair cinayətlərdə ittiham edirlər.
“Ergenekon”un Azərbaycan izləri...
Zabrat - Maştağa yolunda silahlı toqquşma
Dünən saat 17:00 radələrində Bakının Sabunçu rayonunda iki silahlı qrup arasında atışma baş verib. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, silahlı qruplar Maştağadakı Olimpiya Mərkəzinin qarşısında atışıblar. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Dərhal Sabunçu rayon Prokurorluğu və polis idarəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Günün sonunda atışmada iştirak etmiş şəxslərin kimliyi bəlli olub.Davamı...
QHT Şurası müsabiqənin nəticələrini açıqladı
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin nəticələri açıqlanıb. Məsələylə əlaqədar "Azad Soz"-ə açıqlama verən qurumun katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, müsabiqədə 191 təşkilat qalib gəlib: "191 təşkilata ayrılacaq vəsaitin məbləği ümumilikdə 1 milyon 200 min manatdır. Müsabiqədə qalib gələn ən böyük layihə 12 min, ən kiçiyinə isə 1956 manat məbləğində vəsait ayrılıb. Davamı...Rauf Arifoğlu bəyanatla çıxış edib
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Müsavat Partiyasının prezident seçkilərində iştirak etməmək qərarının yanlış və demokratikləşmə hərəkatına zərbə olması, eyni zamanda yaranmış vəziyyətdə prezidentliyə namizəd olmaq üzərində düşündüyü barədə mülahizələriti açıqladıqdan sonra mətbuatda bu mövqeyitin yanlış şərh olunduğu hallarını təəssüflə müşahidə edirDavamı...Müxalifətin koalisiyası mümkündürmü?
Müsavatın, ADP-nin və KXCP-nin seçkini boykot etməsi müxalifətin böyük kolasiyasının yaradılması ideyası barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, bu istiqamətdə təcili müzakirələr başlayacaq və bütün müxalifətin koalisiyası yaradılacaq. Lakin bir həftəyə yaxın vaxt keçsə də koalisiyanın yaradılması istiqamətində konkret addımların atıldığı müşahidə olunmur. Sanki birlik istiqamətində təşəbbüsü və məsuliyyəti öz üzərinə götürməyə heç kim risk etmir. Bu isə ortaya bir neçə sual çıxarıb. Davamı...Bütün ölkə ərazisində Azərbaycan prezidentinin portretlərinin yığışdırılmasına başlanılıb
Bütün ölkə ərazisində Azərbaycan prezidenti İlham Əliyevin portretlərinin yığışdırılması ilə bağlı tapşırığı yerinə yetirilir. Bakının Nəsimi, Yasamal, Qaradağ və Suraxanı rayonlarının İcra Hakimiyyətindən (RİH) APA-ya daxil olan məlumata görə, dövlət başçısının müvafiq tapşırığından sonra dərhal prosesə başlanılıb.Səbayel RİH-dən isə bildirilib ki, rayon ərazisində dövlət başçısının portretləri ilə bağlı problem olmayıb. Prezidentin portretlərinin asıldığı mağazalara müvafiq tapşırıqlar verilib.
Davamı...
AXCP-Müsavat birləşir
Aparıcı müxalifət partiyaları seçkiləri boykot və seçkilərə qatılmamaq qərarı ilə yeni əməkdaşlıq imkanları yaradıb. Bu sahədə müxalif partiyaların sonrakı fəaliyyəti cəmiyyət üçün maraq doğurur. Müsavat və AXCP liderləri İsa Qəmbərlə Əli Kərimli bununla bağlı “Turan”a şərh verib. “Təbii ki, aparıcı siyasi qüvvələrin eyni mövqedə olması əməkdaşlıq üçün yeni imkanlar açır və yeni şərait yaradır. Hesab edirəm ki, tərəflərin mövqeləri də bu əməkdaşlığın reallığından xəbər verir. Bu baxımdan Müsavat Partiyası məsləhətləşmələrə tam hazırdır”.Davamı...Azərbaycan prezidenti bütün şəhər və rayonlardan portretlərinin yığışdırılması barədə göstəriş verib
Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazilər Kabinetində 2008-ci ilin altı ayının yekunları və görüləcək işlərlə bağlı müşavirə keçirilib. Müşavirədə çıxış edən Azərbaycan prezidenti ölkədəki inkişafdan, siyasi və iqtisadi islahatların aparılmasının vacibliyindən danışıb.Müşavirəni APA-ya şərh edən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, dövlət başçısı bütün rayon və şəhərlərdə portretlərinin yığışdırması barədə göstəriş verib: “Prezident deyib ki, bu həm də prezident seçkisi ilə bağlı kampaniya başlayanda seçki qanunvericiliyinə hörmətdir.Davamı...
Müsavat Partiyasının başqanı Məclisin qərarından dərhal sonra danışdı
Ötən gün ölkənin bir neçə siyasi partiyası oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə rəsmi münasibətini bildirdi. Müsavat, Azərbaycan Demokrat, Böyük Quruluş və Klassik Xalq Cəbhəsi partiyaları seçkidə iştirak etməmək barədə qərar qəbul etdilər. Müsavat Partiyasının Məclisinin gedişini izləmək imkanımız oldu və müşahidə etdik ki, seçkidə iştirakın tərəfdarı olanların çıxışları sürəkli alqışlanırdı. Belə əhval yaranırdı ki, seçkidə iştirak etmək istəyənlər qalib gələcəklər. Ancaq səsvermənin nəticələri çoxlarını təəccübləndirdi: 6 nəfər əleyhinə, 65 nəfər lehinə olmaqla, partiya seçkidə iştirak etməmək qərarına gəldi.
Davamı...
YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb /YENİLƏNİB/
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) IV qurultayı keçirilib.Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən qurultayda partiyanın sədri, prezident İlham Əliyev də iştirak edib.
700-dək qurultay nümayəndəsinin qatıldığı toplantıda 2008-ci ilin oktyabrında keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb, partiya sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

