Prezident seçkisi yaxınlaşdıqca cəmiyyətdə aktivlik hiss olunacaq səviyyədə artır. Söz yox ki, bu sahədə məsuliyyət əsasən, siyasi və qeyri-hökumət təşkilatlarının üzərinə düşür. Bir sıra siyasi qüvvələrin seçkini boykot yolu tutması isə QHT-lərin bu yöndə işini bir qədər də artırıb. Seçkilərin monitorinqini aparmaq üçün artıq QHT-lərdən ibarət bir neçə koalisiya da yaradılıb. Onların fəaliyyəti bir sıra beynəlxalq təşkilatlar və xarici dövlətlərin ölkəmizdəki səfirləri tərəfindən də təqdir edilir. Bəzi diplomatlar hesab edir ki, müxalifətin passivliyini QHT-lərin aktivliyi kompensasiya edir.
"Azad, şəffaf, ədalətli seçkilər" koalisiyasının təsisçilərindən biri, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət Mərkəzinin rəhbəri Eldar İsmayılov isə bir qədər fərqli düşünür. Əvvəlcə yeni yaranan koalisiyanın fəaliyyəti barədə məlumat verən E.İsmayılov bildirdi ki, hazırda hazırlıq işləri gedir. Bir-iki həftəyə bütün görülən işlər aydın şəkildə görsənəcək. "Əsas formaların hazırlanması, müşahidəçilərin cəlb olunması və onlarla aparılacaq işlərdi. Bunlar hazırlıq mərhələsini əhatə edən əsas amillərdir. Mənə elə gəlir ki, bu gün artıq hazırlıq mərhələsi başa çatacaq". E.İsmayılovun sözlərinə görə, koalisiya olaraq bütün dairələrdə müşahidə aparmaq nəzərdə tutulsa da, buna gücləri çatmayacaq. Koalisiyanın müşahidəsi təxminən əlli dairəni əhatə edəcək. E.İsmayılov seçkilərdə müxalifətin iştirak etməməsi ilə bağlı səsləndirilən fikirlərlə razılaşmadığını da vurğuladı. "Müxalifət rəngarəngdir. Seçkilərdə onların bəziləri iştirak edir, bəziləri isə iştirak etmir. Ona görə məsələyə yekun vurmaq ki, bu seçkilərdə müxalifət iştirak etmir, doğru olmazdı. Ümumiyyətlə, dünyada da qəbul edilmiş bir məsələ var ki, iqtidarın nümayəndəsinə qarşı çıxan namizədlər özü-özlüyündə artıq müxalifətdir. Namizədlərin hamısı artıq hakimiyyətə müxalif qüvvə kimi çıxış edirlər. Yoxsa demək ki, müxalifət çıxış etmir, bu, düzgün yanaşma deyil. Kimsə boykot edibsə, o demək deyil ki, müxalifət iştirak etmək istəmir. Müxalifət prosesə qatılıb, amma hamısı yox. O ki qaldı qeyri-hökumət təşkilatlarına, onların seçkini boykot etməyə heç ixtiyarları yoxdur. QHT-lərin vəzifəsidir ki, seçkidə iştirak etsinlər. Əvvəllər vəziyyət pis idi. Hər yolla QHT-lərin seçkilərdə iştirakının qarşısını almağa çalışırdılar. Amma iştirak etməyə müəssər olurduq. İndiki münbit şəraitdə monitorinq aparmağa qadir olan təşkilatlar, maddi və təşkilati imkanları olanlar iştirak edirlər".
E.İsmayılov bəzi diplomatlar tərəfindən müxalifətlə QHT-lər arasında müqayisələrin aparılmasının da əleyhinə olduğunu söylədi. "Bizi müxalifətlə müqayisə etmək o qədər də düz deyil. Onların vəzifəsi hakimiyyət mübarizəsidir. Bizim profilimiz isə fərqlidir. Bizim seçkilərə qatılmağımız labüddür. Mən artıq beşinci dəfədir ki, monitorinq keçirirəm. Hər dəfə mətbuatda müxtəlif fikirlər səsləndirilir, bədbin yanaşmalar olur. Amma bu monitorinqlər hər dəfə keçirilib və müxtəlif rəylər olub. Bu dəfə də hər şey yaxşıdır, hər şey pisdir deyən olacaq. Bu, təbiidir. Amma indidən bu seçkilərə hansısa rəy vermək, mənə elə gəlir ki, düzgün olmazdı. Seçkiqabağı mühitə rəy verəcəyik. Sonra seçki gününə. Axırda da yekun rəyimiz olacaq. İlkin rəy seçkidən maksimum iki gün sonra olacaq. QHT-lər tərəfindən seçkilərə indidən rəy vermək etikadan bir qədər uzaq olan şeydir".
E.İsmayılov bildirdi ki, seçkilərlə bağlı məlumatları cəmiyyətə press-reliz formasında çatdıracaqlar. "Biz bunu müntəzəm şəkildə yayacağıq. Bülleten çətindir. Hər həftə bülleten buraxacaqlarını vəd edən təşkilatların problemi ondan ibarətdir ki, onlar monitorinqlərdə çox iştirak etməyiblər. Ona görə də spesifikasını bilmirlər. Qabaqlar seçkilərin müddəti 4 ay idi, indi isə 75 gündür. Bu vaxt ərzində hər həftə, yaxud da iki həftədən bir təhlil aparmaq öz-özlüyündə çox çətin məsələdir. Onu qısa formada press-reliz formasında vermək olar. Biz vaxtilə bülleten buraxmışıq. Bilirəm ki, nə qədər çətin məsələdir. Hər cür söz vermək olar, amma bülleteni çap etdirmək, yaymaq, tərtib etmək, redaktə etmək böyük bir işidir. Buna heç ehtiyac da yoxdur".

Azərbaycanda 15 oktyabrda keçiriləcək prezident seçkisi Türkiyəni, Türk dünyasını və bölgə ölkələrini yaxından maraqlandırır. Bölgədən kənarda olan qlobal güclərin də bu seçkiyə yaxından maraq göstərdiyini bilirik. Çünki o ölkələr üçün Azərbaycanın əhəmiyyəti getdikcə artmaqdadır; ölkənin nefti, qazı, digər təbii sərvətləri beynəlxalq arenadakı qüvvələr üçün daha da önəmli hala gəlir. Bundan əlavə, Qafqaz Rusiyanın “yumşaq qarnı” olan bir coğrafiyada Azərbaycanın həm də strateji mövqeyi var. İranla ABŞ arasındakı münaqişə bu önəmi daha da artırmaqdadır.
Türkiyədə “Ergenekon” əməliyyatı adı altında keçirilən həbslər təkcə bu ölkənin yox, bütün dünyanın, xüsusilə də Azərbaycanın marağına səbəb oldu. Qeyd edək ki, bu əməliyyatın gedişində istefada olan üç general da daxil olmaqla, xeyli sayda tanınmış şəxslər həbs edilib. Həbs edilənlər arasında Türkiyədə milliyyətçi siyasi kəsimə daxil olan tanınmış simalar, o cümlədən jurnalistlər də var. Bu insanları terror təşkilatı qurmaqda, dövlət çevrilişinə cəhddə və sair cinayətlərdə ittiham edirlər.
Dünən saat 17:00 radələrində Bakının Sabunçu rayonunda iki silahlı qrup arasında atışma baş verib. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin nəticələri açıqlanıb. Məsələylə əlaqədar "Azad Soz"-ə açıqlama verən qurumun katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, müsabiqədə 191 təşkilat qalib gəlib: "191 təşkilata ayrılacaq vəsaitin məbləği ümumilikdə 1 milyon 200 min manatdır. Müsabiqədə qalib gələn ən böyük layihə 12 min, ən kiçiyinə isə 1956 manat məbləğində vəsait ayrılıb.
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Müsavat Partiyasının prezident seçkilərində iştirak etməmək qərarının yanlış və demokratikləşmə hərəkatına zərbə olması, eyni zamanda yaranmış vəziyyətdə prezidentliyə namizəd olmaq üzərində düşündüyü barədə mülahizələriti açıqladıqdan sonra mətbuatda bu mövqeyitin yanlış şərh olunduğu hallarını təəssüflə müşahidə edir
Müsavatın, ADP-nin və KXCP-nin seçkini boykot etməsi müxalifətin böyük kolasiyasının yaradılması ideyası barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, bu istiqamətdə təcili müzakirələr başlayacaq və bütün müxalifətin koalisiyası yaradılacaq. Lakin bir həftəyə yaxın vaxt keçsə də koalisiyanın yaradılması istiqamətində konkret addımların atıldığı müşahidə olunmur. Sanki birlik istiqamətində təşəbbüsü və məsuliyyəti öz üzərinə götürməyə heç kim risk etmir. Bu isə ortaya bir neçə sual çıxarıb.
Bütün ölkə ərazisində Azərbaycan prezidenti İlham Əliyevin portretlərinin yığışdırılması ilə bağlı tapşırığı yerinə yetirilir. Bakının Nəsimi, Yasamal, Qaradağ və Suraxanı rayonlarının İcra Hakimiyyətindən (RİH)
Aparıcı müxalifət partiyaları seçkiləri boykot və seçkilərə qatılmamaq qərarı ilə yeni əməkdaşlıq imkanları yaradıb. Bu sahədə müxalif partiyaların sonrakı fəaliyyəti cəmiyyət üçün maraq doğurur. Müsavat və AXCP liderləri İsa Qəmbərlə Əli Kərimli bununla bağlı “Turan”a şərh verib. “Təbii ki, aparıcı siyasi qüvvələrin eyni mövqedə olması əməkdaşlıq üçün yeni imkanlar açır və yeni şərait yaradır. Hesab edirəm ki, tərəflərin mövqeləri də bu əməkdaşlığın reallığından xəbər verir. Bu baxımdan Müsavat Partiyası məsləhətləşmələrə tam hazırdır”.
Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazilər Kabinetində 2008-ci ilin altı ayının yekunları və görüləcək işlərlə bağlı müşavirə keçirilib. Müşavirədə çıxış edən Azərbaycan prezidenti ölkədəki inkişafdan, siyasi və iqtisadi islahatların aparılmasının vacibliyindən danışıb.
Bu barədə “Azadlıq” radiosuna onun özü məlumat verib. R.Arifoğlu deyib ki, Müsavat Partiyası seçkini boykot etməklə Ilham Əliyevin qarşısından kənara çəkilib. Onun sözlərinə görə, qarşısına dinc məqsədlərlə hakimiyyətə gəlmək məqsədini qoyan partiyanın seçkidən imtina etməsi absurddur. Ancaq Arifoğlu qərar verməkdə tərəddüd etdiyini də dilə gətirib. Baş redaktor deyib ki, seçkiyə çox az vaxt qalmış Müsavat Partiyası rəhbərliyinin belə bir qərar verməsi onun kimi düşünən insanları seytnot vəziyyətinə salıb

Müsavat və daha bir neçə partiyanın seçkidə iştirak etməmək haqda qərarı müxalifət düşərgəsində yeni bir koalisiyanın yaradılmasına imkan yaradır. Bunu «Azadlıq» blokunun və Müsavat partiyasının rəhbərliyi deyir. 







Ötən gün ölkənin bir neçə siyasi partiyası oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə rəsmi münasibətini bildirdi. Müsavat, Azərbaycan Demokrat, Böyük Quruluş və Klassik Xalq Cəbhəsi partiyaları seçkidə iştirak etməmək barədə qərar qəbul etdilər.