Azərbaycanda ənənəvi müxalifət çoxdan iqtidarla razılaşma əldə edib və ona görə də onlar arasında dialoq qurulmasına ehtiyac yoxdur. Bu fikirləri açıqlamasında «Azərbaycan yolu» Hərəkatının sədri İlqar Qasımov bildirib.
Qasımov hesab edir ki, ənənəvi müxalifət pərdə arxasında iqtidarla danışıqlar da aparır, razılığa da gəlir. O, hansı partiyaları nəzərdə tutduğunu açıqlamayıb. Davamı...
Heydər Əliyevin vəfatının 4-cü ildönümü ilə bağlı dekabrın 12-də onun Fəxri Xiyabanda yerləşən məzarı dövlət və hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri tərəfindən kütləvi ziyarət olunacaq.
Davamı...
2008-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri 9,9 milyon manat artırılıb. Bu barədə noyabrın 30-da Milli Məclisdə çıxışı zamanı Maliyyə naziri Samir Şərifov məlumat verib.
Nazir deyib ki, beləliklə, büdcənin gəlirləri 7 milyard 393 milyon manat, xərcləri isə 8 milyard 519 milyon manat təşkil edib. Şərifov dəyişikliklərin müzakirələr zamanı deputatların təklifi əsasında olduğunu bildirib. Davamı...
Milli Məclis 2008-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsini bu gün də davam etdirib.
Məlumata görə, iclasda spiker Oqtay Əsədovla deputat Pənah Hüseyn arasında mübahisə düşüb. Milli Məclis sədrinin hər deputata 5 dəqiqə çıxış verməsi Müsavat deputat qrupu üzvünün etirazı ilə qarşılanıb: «Cəmiyyətin ən yaralı yeri olan sosial problemlərə 3-5 dəqiqə vaxt ayırmaq azdır. Bu məsələlərə 10 dəqiqə vaxt ayırmaq lazımdır». Davamı...
«Azadlıq» qəzeti bugünkü sayında həbsdə olan baş redaktoru Qənimət Zahidlə bağlı orijinal aksiyaya əl atıb: bütün köşə yazıları onun şəkliylə verilib.
Aşağıda əlavə etdiyimiz şəkillərdəndə görmək mümkündür ki, dördüncü səhifədə Pərvizin (Cəbrayılov), altıncı səhifədə Almaniyadan Fəxrəddin Hacıbəylinin, yeddinci səhifədə Rövşən Hacıbəylinin, səkkizinci səhifədə Fikrət Hüseynlinin yazıları baş redaktorun şəkliylə dərc olunub.
«Azadlıq»ın direktoru Azər Əhmədov bildirib ki, qəzet bu aksiyanı növbəti saylarında da davam etdirəcək. Davamı...