Reklam verin!
HostGator


Azad SözDekabr 30, 2007 20:34
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməlqoyma mərasimində iştirak etmişdir. Dövlət başçısı meydanın layihəsi ilə tanış oldu, meydanın və bayrağın görünüşünü əks etdirən fotoşəkillərə baxdı.   Davamı...
Azad SözDekabr 30, 2007 20:14
 2007-ci il artıq başa çatır.Bu il ölkə jurnalistikasında baş verən hadisələrin xronogiyasını sizlərə təqdim edirik.

Yanvar

2007-ci il Azərbaycan teleməkanında xarici telekanallardan birinin yayımının dayandırılması ilə başladı. Ayın 3-ü səhər saat 9.00-dan Milli Televiziya və Radio Şurasının qərarı ilə Türkiyənin «Kanal D» televiziyasının Azərbaycan ərazisində yayımı ləğv olundu. Bu barədə qərarı şura 2006-cı il dekabrın 28-də vermişdi.   Davamı...
Azad SözDekabr 29, 2007 18:08
Bəli, söhbət o Ermənistandan gedir ki, onun rəhbərləri bütün dünyadakı ermənilərin mənafeyindən dəm vururlar. Bəs, istər xaricdə, istərsə də daxildə siyasətbazlıqla məşğul olan ermənilərin sərhədlərini dənizdən-dənizə genişləndirmək iştahasında olduqları, - lap həddini aşanlar isə bəyan edirlər ki, guya qədim dövrlərdə Rostovda da erməni çarı əyləşibmiş (?)... - bu ölkənin “başıbəlalı xalqı”nın əsl vəziyyəti necədir? Davamı...
Azad SözDekabr 29, 2007 17:07
Düz bir il 4 ay əvvəl AzTV-də çoxları belə hesab edirdi ki, uzun illər şirkətdə çalışmış şəxs kimi Arif Alışanov sədr olsa, telekanalı inkişaf etdirəcək. Amma bu təyinatdan sonra baş verənlər onu göstərdi ki, Arif Alışanov ümidləri nəinki doğrultdu, əksinə kökündən baltaladı. Çünki o, ömrünü AzTV-də keçirmiş insanları hörmətsiz şəkildə işdən çıxartdı. Davamı...
Azad SözDekabr 29, 2007 17:03
İnternetdə videomaterialların mübadiləsi üçün yaradılan “YouTube” saytında Müsavat başqanı İsa Qəmbərin videomüsahibəsi yayımlanır. Videomaterial Rusiyanın “Kavkazskiy uzel” saytının əməkdaşı Arkadi Qridnev tərəfindən hazırlanıb. “Hakimiyyət də biz deyəni deyir” başlıqlı materialda Müsavat başqanı Azərbaycanın iqtisadi durumu və Qarabağ problemi haqda fikirlərini açıqlayıb.

Davamı...
Azad SözDekabr 29, 2007 16:07
Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı fərmanla jurnalistlər Yaşar Ağazadə, Rafiq Tağı, Samir Sədaqətoğlu, Fərəməz Allahverdiyev və Rövşən Mahmudov (Kəbirli) əfv edildi. Davamı...
Azad SözDekabr 26, 2007 18:40
Havalar soyuduqca, qış qapını kəsdikcə, deyəsən müxalifət də dəyişməyə başlayır. Dünənə qədər səs-sorağı gəlməyən bu cəbhənin tör-töküntüləri yenidən ortaya düşüb çırtma vurmağa başlayıblar. Əlləri həmişə ətəyindən uzun olan müxalifətciklər yeni ili yeni qovğalarla qarşılamağı deyəsən qarşılarına məqsəd qoyublar. Davamı...
Azad SözDekabr 26, 2007 17:54
 

“İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev bu gün azadlığa buraxılıb. Bu barədə baş redaktorun qardaşı Bəhruz Quliyev bildirib. Onun sözlərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə Nazim Quliyevin həbsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

Davamı...
Azad SözDekabr 26, 2007 16:23
Yekunlaşmaqda olan 2007-ci il siyasi baxımdan digərlərindən bir o qədər də fərqlənmədi. Azərbaycanda artıq belə bir ənənə formalaşıb ki, seçki ilində nisbi siyasi mülayimləşmə müşahidə olunur, seçkilərarası illər isə inzibati sərtliyi ilə seçilir. Davamı...
Azad SözDekabr 26, 2007 16:08
      «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin işi üzrə məhkəmə baxışı gələn il yanvarın 8-nə təyin edilib. Bu barədə baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyeva məlumat verib.



Davamı...
  Yazılar cəmi: 22    Sonrakı səhifə »





© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. Azad Söz tracker