Reklam verin!
HostGator


Azad SözSentyabr 27, 2007 16:03
Bir neçə saat 39-cu bölmədə saxlanılan gənclər izahat alınandan sonra sərbəst buraxılıblar Bölmədən çıxan gənclər yenidən ayaqyalın aksiyalarını davam etdiriblər 26 sentyabr, saat 15-00 radələrində Dalğa Gənclər Hərəkatının üzvləri korrupsiyaya bulaşmış Azərbaycan təhsil sistemində köklü islahatların keçirilməsi tələbi ilə Demokratiya bağında ayaqyalın (ayaqqabısız) aksiya keçirərək, ictimaiyyətin diqqətini bu problemlərə celb etməyə çalışmışdır. Davamı...
Azad SözSentyabr 24, 2007 17:00
Prezident İlham Əliyevin sərancamına uyğun olaraq Səadət Sarayı bir neçə aydır təmirə dayanıb. Binanın təmiri üçün nəhəng ölçüdə büdcə təsdiqlənib: On milyon manat . Bu pulun görüləcək işlə müqayisədə böyük olduğunu tarixi abidələr üzrə tanınmış ekspertb rəssam Mir Teymur da qəzetimizin ötən sayına verdiyi müsahibədə vurğulayıb:” Bu işə on milyon manat ayırmaq nəyə lazım idi? İşlərə kim cəlb edilib və hansı məqsədlə? Təmirdən sonra nə olacaq? Davamı...
Azad SözSentyabr 24, 2007 14:21

 Son üç gün ərzində Naxçıvan Muxtar Respublikasında (MR) müxalifət fəallarına qarşı hücumlara start verilib.

AXCP Naxçıvan MR təşkilatı Sədərək rayon şöbəsinin fəalı 70 yaşlı Ələsgər İsmayılov həbs edilib və Sədərək rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zorla Naxçıvan MR Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilib. Davamı...
Azad SözSentyabr 24, 2007 14:17
Sentyabrın 17-də «Harper’s Magazine» jurnalının yazarı Ken Silverstayn «Saxta Azərbaycan «İnsan Haqları Qrupu» Vaşinqtona gəlir» başlıqlı məqalə ilə çıxış edib.  Məqalə Azərbaycan qeyri hökumət təşkilatı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin nümayəndə heyətinin ABŞ-a səfərinin təşkil olunmasını kəskin tənqid atəşinə tutur. Davamı...
Azad SözSentyabr 20, 2007 14:24
Ənənəvi neft ölkəsi hesab edilən Azərbaycanda 1994-cü ildə böyük neft müqaviləsinin imzalanması  mühüm hadisə oldu. Əvvəlki dövrlərdə də Azərbaycan neft istehsal edən ölkə olsa da bu, müstəqil ölkənin ilk neft müqaviləsi idi. Böyük neft müqaviləsinin imzalanması yolunda geosiyasi və maliyyə çətinlikləri var idi. Keçmiş sovet məkanında ilk dəfə olaraq Qərb şirkətləri ilə neft müqaviləsi imzalamaq düşünülən qədər də asan məsələ deyildi. Qonşu Rusiyanın təzyiqləri, Xəzərin hələ də müəyyən edilməmiş statusu-bunlar asan dəf edilən problemlər deyildi. Onları dəf etmək risk tələb edirdi. Davamı...
Azad SözSentyabr 19, 2007 17:07
 «O vaxt Azərbaycan, ya Bakı deyəndə tanımırdılar. Balaxanını isə tanıyırdılar. Balaxanı milyonçuları burdan Fransaya şam etməyə gedirdilər. Burdan gedərdilər ağ kostyumda, panamada, gəmidən düşəndə isə üz-gözlərinə nöyüt vurardılar ki, desinlər Balaxanı milyonçuları gəlir. Davamı...
Azad SözSentyabr 14, 2007 14:18

Ey Türk Gençliği!

Birinci vazifen, Türk istiklâlini, Türk Cumhuriyetini, ilelebet, muhafaza ve müdafaa etmektir.

Mevcudiyetinin ve istikbalinin yegâne temeli budur. Bu temel, senin, en kıymetli hazinendir. İstikbalde dahi, seni bu hazineden mahrum etmek isteyecek, dahilî ve haricî bedhahların olacaktır. Davamı...
Azad SözSentyabr 13, 2007 15:31
Azərbaycandakı müxalifət partiyalarının vəziyyəti hamıya yaxşı məlumdur. Siyasi passivlik, perspektivsizlik, üzvlərdən və siyasi elektoratdan məhrum olma, ölkə siyasətinə təsiri itirmək, kabinet siyasətçiliyi, özünə qapanma – bunlar siyasi partiyaların düşdüyü vəziyyəti xarakterizə etmək üçün lazım olan göstəricilərin heç də tam siyahısı deyil. Bu siyahını davam etdirmək də olar. Amma buna lüzum yoxdur. Vəziyyət geniş şərhsiz də məlumdur. Davamı...
Azad SözSentyabr 13, 2007 11:50

Seçkilərin boykot olunmasını nə Azərbaycan cəmiyyəti, nə də beynəlxalq ictimaiyyət müsbət qarşılamır və bu, heç bir effekt vermir. Bu barədə çərşənbə axşamı Bakıda müxalifəti təmsil edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

«Ona görə də Müsavat Partiyasının rəhbərliyi və partiyanın strukturları 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştiraka meyillidir» - deyə Hacılı vurğulayıb. Davamı...
Azad SözSentyabr 13, 2007 11:37

Müxalifət gələn ilki seçkidə də birliyə nail olmasa, o zaman xalqa deməyə heç bir sözü qalmayacaq. Bu fikirləri çərşənbə günü açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bildirib.

AMİP, ADP, Müsavat, Sosial Demokrat, Tərəqqi partiyalarının, Azərbaycan Naminə Forumun rəhbərləri mütəmadi toplanaraq məşvərət aparırlar. Məşvərət şurasının çərşənbə günü keçirilən növbəti toplantısında 2008-ci il prezident seçkiləri, müxalifətin bu seçkidə iştirak formaları, ümumi strategiyası barədə müzakirlər aparılıb. Davamı...
  Yazılar cəmi: 23    Sonrakı səhifə »





© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. Azad Söz tracker