Reklam verin!


Azad Sözİyun 17, 2008 14:31
Gün-gündən - Çörək bahalaşır.
Gün-gündən - Ərzaq məhsullarının qiyməti artır.
Gün-gündən - Vəziyyətimizin necə olacağı sual altına düşür.
Gün-gündən - Bakının havası çirklənir.
Gün-gündən - Qarabağımızı unuduruq.
Gün-gündən - Çadırlarda doğulmuş uşaqlarımız böyüyür.
Gün-gündən - Rüşvətlər daha geniş məcralara axır.

Gün-gündən - Hacıbala müəllimin əkdirdiyi ağaclar böyüyür, fontanlar isə köhnəlir.
Gün-gündən - Evlərin qiyməti durmadan artır.
Gün-gündən - Elmsizlik çoxalır.
Gün-gündən - Mobil telefonlarla əxlaqsız filmlər çəkənlər artır.
Gün-gündən - Müğənnilərin sayı artır.
Gün-gündən - Mavilər çoxalır.
Gün-gündən - Vəzifə kreslosunda oturanlar bu yerin daim onların olacaqlarını düşünürlər.
Gün-gündən - Haram pullarla yaşaynlar qazandıqları haram gəlirlərlə cəmiyyətin təməl daşlarını sökürlər.
Gün-gündən - Balalarımıza hansı cəmiyyəti miras qoyuruq sualı qəlbimizdə yekə bir yaraya çevrilir.
Gün-gündən - Dünyada aclıq-səfalət çoxalır.
Gün-gündən - Dünyada fəlakətlərin, zəlzələlərin, qəzaların, bir sözlə insan ölümünün sayı artır.
Gün-gündən - Dünyada uşaq ölümünün sayı çoxalır.
Gün-gündən - Dünyamızda müharibələr artır.
Gün-gündən - Haqsızlar dünyanın haqsız tərəzisində haqlı kimi çəkilirlər.
Gün-gündən - Dünyada əxlaqsızlıq artır.
Gün-gündən - Ozon qatının dəliyi böyüməkdə davam edir.
"Day after day"...
Allahın insanlığa yolladığı sonuncu peyğəmbər hədislərinin birində -"Hər gələn gün ötən gündən pis olacaq" deyib.


Şərh yazın

captcha


© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. tracker