Reklam verin!


Azad Sözİyun 17, 2008 14:20
Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Azərbaycanala bağlı sərt qərarların çıxarılacağı ərəfədə hakimiyyət orqanları özlərinin onsuz da təmiz olmayan imicinə xələl gətirən hərəkətləri davam etdirməkdədirlər. Bu günlərdə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəhbərliyi tərəfindən döyülərək, ciddi xəsarət alıb.Hazırda Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicəsi davam etdirilən Emin Hüseynova qarşı rörədilən bu vəhşilik hərəkəti ölkə ictimaiyyətində ciddi qəzəb hissi doğurub.
Söz və Mətbuat nümayəndələrinə qarşı repressiyaların və polis özbaşınalığının davam etdirilməsi ölkədə yaranmış ağır vəziyyətin təzahürü kimi qiymətləndirilir.

Müsavat Partiyası jurnalist hüquqlarının pozulmaqda davam etdiyini qətiyyətlə pisləməklə hakimiyyət orqanlarından söz və mətbuat azadlığı ilə bağlı qanunlara riayət edilməsini, Emin Hüseynova qarşı zor tətbiq edənlərin məsuliyyətə cəlb edilməsini tələb edir. Partiya hesab edir ki, nəhayət bu ölkədə jurnalistlərin hüquq və azadlıqları təmin edilməli, söz və mətbuat azadlığına sözdə deyil, işdə əməl edilməlidir.

Bakı, 16 iyun 2008-ci il

Şərh yazın

captcha


© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. tracker