Reklam verin!
HostGator


Azad Sözİyun 17, 2008 15:01
Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirmək istədiyi icazəsiz aksiya baş tutmayıb. Polis aksiyaçıları metronun «İçərişəhər» stansiyası qarşısında qabaqlayıb, onların meriyanın qarşısına toplaşmasına imkan verməyib. Polis bir neçə nəfəri, o cümlədən «Yeni Müsavat» qəzetinin əməkdaşı Əfqan Muxtarlını da saxlayıb.Bundan sonra bir qrup aksiyaçı «İstefa!» və «Azadlıq!» şüarları ilə meriyanın binası qarşısına doğru hərəkət ediblər. Polis həmin aksiyaçıları da saxlayıb. Saxlananlar arasında jurnalist Mutafa Hacıbəyli də var.

Ancaq aksiyaçılar piketin qətnaməsini paylamağa nail olublar.

Ancaq aksiyaçılar piketin qətnaməsini paylamağa nail olublar. Qətnamədə hakimiyyət Konstitusiyanın 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq hüququnu təmin etməyə çağırılır.

Müsavat Partiyası bir neçə dəfə mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, meriya onlara aksiya üçün Bibiheybət qəsəbəsini göstərib. Partiya sözügedən qəsəbədə mitinq keçirməkdən imtina edib və meriyanı məhkəməyə verib.

 


1
adik yazıb:

bu muxalifet bilmir ki, ona imkan vermeyecekler mitinq elemeye, yalandan niye hoppanib dushur???!!!!

İyun 17, 2008 15:24

Şərh yazın

captcha


© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. tracker