ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Harasti iyunun 14-də Müxbirlərin Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun başından zədə alaraq xəstəxanaya düşməsindən narahatlıq ifadə edib: "Emin Huseynov çox yaxşı dostdur - Azərbaycanda müstəqil mətbuiatın başına gəldiyi bütün növ problemlər barədə önun verdiyi informasiyaya olduqca etibar edilir. Həm şəxsən məni, həm də məni bir rəsmi nümayəndə kimi, onunla bağlı son xəbər olduqca narahat edir və biz onun taleyinə xüsusi diqqət yetirərək - hadisələrin inkişafını izləyəcəyik".
Turan agentliyinə müsahibədə Amerikanın Azərbaycandakı səfirliyinin sözçüsü Conatan Henik Emin Hüseynova fiziki təzyiqlərlə bağlı "dərin narahatlıq" ifadə edib.
"Mən Hüseynova xəstəxana baş çəkdim və onun səhhəti yaxşı deyil. Bizdə olan məlumata əsasən, Hüseynov heç bir qanunsuz əməl törətməyib."
O bildirib ki, ABŞ səfirliyi jurnalistə qarşı zorakılığın istintaqını diqqət mərkəzində saxlayacaq.
Henik eləcə də, son bir neçə ildə Azərbaycanda mətbuat üzərinə təzyiqlərin davam etməsindən təəssüf hissi ifadə edib.
O vurğulayıb ki, azad mətbuat azad cəmiyyətin əsaslarından biridir.
Hüquq müdafiəçisi Arzu Abdullayeva isə bu insidentin prezident İlham Əliyevi gözdən salmaq məqsədi daşıdığını istisna etməyib.
O diqqəti hadisənin AŞPA-nın yay sessiyasından əvvəl baş verdiyinə diqqət çəkərək, onun Azərbaycanın imicinə ziyan vurduğunu bildirib.
Emin Hüseynov iyunun 14-də, Bakı kafelərindən birində Kuba inqilabçısı Çe Gevaraya ad gününə həsr olunmuş tədbir zamanı saxlanılaraq 22-ci polis bölməsinə aparılıb.Polis zorakılığı nəticəsindən başından ağır zədə alıb.
Bunun nəticəsində o hazırda xəstəxanaya yerləşdirilib.
Mövzu ilə bağlı:

