Reklam verin!


Azad Sözİyun 17, 2008 12:24
Şou-biznes aləmində «at oynadan» mister Tolik, "Bizim Yol"qəzetinə verdiyi musahibəsində özünün ictimai-siyasi fəaliyyətindən ağızdolusu danışarkən, «İRƏLİ» Ümumrespublika Gənclər Hərəkatının üzvü olduğunu bildirmişdi. Açıqlamadan sonra "İRƏLİ " Gənclər Hərəkatının mətbuat katibi Tinatin Vəliyeva ilə məsələyə aydınlıq gətirməsi üçün əlaqə saxladıq. T.Vəliyeva Tolikin dediyi «Mən “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı və YAP-ın Səbayıl rayon təşkilatı ilə birgə yetim uşaqlar evinin düşərgəsində müğənnilərimizin çıxışlarını təşkil etmişəm» sözlərin yalan olduğunu bildirib.

Tolikin «İRƏLİ» Ümumrespublika Gənclər Hərəkatının üzvü olub-olmaması məsələsinə isə aydınlıq gətirən T.Vəliyeva bildirdi ki,"İRƏLİ" bir gənclər hərəkatı olaraq hər kəsin üzünə açıqdı və sosial statusundan asılı olmayaq hərəkatın prinsiplərini qəbul edən hər kəs üzv ola bilər.Ancaq Tolik hal-hazırda İRƏLİ ÜGH-nın üzvü deyil:"Biz bu haqda Bizim Yol qəzetinə ünvanladığımız bəyanatdada bildirmişdik ki Tolik İRƏLİ üzvü deyil və bu yalandı.Ancaq qəzet bizim mövqeyimizi dərc etmədi".Ancaq Tinatin Vəliyeva onuda etiraf etdiki İRƏLİ Toliklə müəyyən danışıqlar aparıb.Bu isə Tolikin Röyanın produseri olduğu zaman olub.Və bununda əsas məqsədi hərəkat tərəfindən təşkil edilən musiqili proqramda Röyanın iştirakını təmin etmək olub.
Bu arada xatırladaq ki, Tolikin «Tolik.az» rəsmi saytında Xuramanı döyməsi ilə bağlı xəbərlər hələ yığışdırılmayıb. Tolikin əməkdar artist Aygün Kazımova ilə bağlı söylədiyi «Aygün Kazımovanı döyərəm, atasını da yandıraram» ifadələri də hələ də saytın «Forum» bölümündədir. Qeyd edək ki, bu olay ölkədə əməlli-başlı ajiotaj doğurub. Hətta məsələ ilə bağlı ölkə başçısının «president.az» saytına şikayət məktubu ilə müraciət edillib.

Azad Söz


1
davud yazıb:

Allahhaggi esl irelilik sohbetdi ha. ikinciside nolub tolike.pis oglandiki.basga vaxti tolerantligdan danisirsiz indi ona garsi tutdugunuz movgeye bax. yaziglar olsun!

İyun 18, 2008 1:26

2
leyla yazıb:

Ireli ve shou biznessmile

İyun 21, 2008 20:01

3
Shems yazıb:

irelide artiq yalniz Tolikler ve qaraguruh hakimdi! Yani shou biznes ve siyasi shou alvercileri! Toliki vuranlarin meqsedi onun yerini tutmaqdi!!!smile

İyun 23, 2008 15:31

Şərh yazın

captcha


© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. tracker