Reklam verin!
HostGator


Azad Sözİyul 14, 2008 16:43
Əli Kərimli yenə öz xarakterinə uyğun davrandı. Aranı qatmaq, təfriqə salmaq, insanları üz-üzə qoymaq və sonra da sakitcə sivişib aradan çıxmaq onun çoxdankı adətidir. Bu adamın bütün tərcümeyi-halı çirkab içindədir. Az qala ömrünün yarısını ölkənin ləyaqətli və vicdanlı insanlarına qarşı şantaja həsr edib. Vaxtilə nəzarətindəki qəzetlərdə hətta öz lideri Əbülfəz Elçibəy haqda kompromat müharibəsi başlatmışdı. Elçibəyi gözdən salmaq üçün ən çirkin addımlara belə getməkdən çəkinmirdi.

Hakimiyyətdən aldığı pullar hesabına çıxardığı qəzetlərdə həmçinin Müsavat başqanı İsa Qəmbər və müxalifətin digər tanınmış simaları haqda şər-böhtan kampaniyası aparırdı. AXCP sədri bu “şərəfli” missiyasını bu gün də davam etdirir. Xisləti belədir, neynəsin. Adamın əlindən yaxşılıq gəlmir, hətta istəsə belə...
Kərimlinin qəzeti dünən növbəti dəfə barəmizdə təhqir dolu məqalə yazıb. Məqalədə göstərilir ki, onlar birtərəfli qaydada “Yeni Müsavat”la “müharibə”ni dayandırırlar. Artıq bizə cavab verməyəcəklər.
Cavab verib nə qələt qarışdıracaqlar?! Deməyə sözləri, arqumentlərimi qalıb? Mövqeləri o qədər zəif və haqsızdır ki, qarşımızda davam gətirə bilmədilər. Bircə yazı ilə bütün planlarını darmadağın etdik. Bir neçə tarixi faktı ictimailəşdirməklə Əli Kərimlinin şər-böhtan maşınını susdurduq. Daha pis formada ifşa olunacaqlarından, rəzil vəziyyətə düşəcəklərindən ehtiyatlanıb qarşımızda ağ bayraq qaldırdılar. Əli Kərimli layiq olduğu, haqq etdiyi cavabı tərəfimizdən aldı. Və geri çəkildi.
Amma bilirik ki, bir neçə gündən sonra yenə mirzələrini üstümüzə qısqırdacaq. Barəmizdə olmazın təhqirlər yazdıracaq. Necə ki, iki il yarımdır bu cür edir; üstümüzə gəlir, bizi ən ağır cinayətlərdə suçlayır, ünvanımıza ittihamlar yağdırır. Cavabını alır, bir müddət susur. Bir ay keçməmiş eyni davranışı nümayiş etdirir. Qəzetində “Yeni Müsavat” və Rauf Arifoğlu haqda şər və təhqir dolu yazılar yazdırır.
Əli Kərimlinin qəzeti həm deyir artıq “Yeni Müsavat”ın yazdıqlarına cavab verməyəcəklər, həm də elə həmin məqalədə bizi küçə sözləri ilə təhqir edirlər. Bu, əslində Əli Kərimlidən gələn sifarişdir. Yəni o, hiyləgər bir fənd işlətməklə bu müharibəni, söz atışmasını davam etdirmək istəyir.
Öz haqlı mövqeyimizi, həmçinin qəzetin və kollektivin şərəfini sonadək qorumaqda israrlıyıq. Azərbaycanın ən vicdanlı, təmiz və ləyaqətli insanlarından ibarət “Yeni Müsavat” ailəsini yaramazların, keçmişi ləkəlilərin, satqınların və əxlaqsızların hücumu qarşısında müdafiəsiz qoymaq fikrində deyilik!
Üstümüzə çamur atan, kimliyindən asılı olmayaraq, öz layiqli cavabını alacaq!
Necə ki, alır.
“YM”

Şərh yazın

captcha


© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. tracker