Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş kompleks – «Ana fəryadı» abidəsi faciənin 16-cı ildönümü ərəfəsində dəyişdirilərkən yanlışlığa, hərf səhvinə yol verilib.
Bakının Xətai rayonunda ucaldılmış abidənin yeni variantının əvvəlkindən bir fərqi də postamentə azərbaycanca və ingiliscə soyqırım sözünün əlavə olunmasıdır. Əvvəlki variantda postamentə sadəcə «Xocalı» yazılmışdı. Davamı...
Əziz dostlar, düz bir ay bundan qabaq başlatdığımız “Gənclər sektorunda ən nüfuzlu gənc kimdir?” sorğusu yekunlaşdı. Beləliklə, Sizin seçiminizlə Gənclər sektorunun ən nüfuzlu gəncini müəyyən etdik. Bildiyiniz kimi, ilk mərhələdə seçim sizin ixtiyarınıza buraxılmışdı və sizin seçdiyiniz 9 ən populyar gənc ikinci mərhələyə adlayaraq sorğuda əsas qəhrəman qismində iştirak etdilər.
Əvvəlcə sorğunun gedişi və nəticəsi haqqında…
İlk növbədə bildirək ki, ümumi olaraq sorğuda 901 respondent iştirak edi. Onu deyək ki, bu rəqəm umumi olaraq gənclər tərəfindən yaradılan yahoogroupsların üzvlərinin sayından 3 dəfə az olsa da, kifayət qədər böyük rəqəmdir. Çünki gün ərzində bir IP-dən yalnız bir səs vermək mümkün olub. Beləliklə, sorğunun keçirildiyi 12 gün ərzində namizədlərin hər birinin tərəfdaşları xüsusi kampaniyalar təşkil edərək səsvermədə iştirak etdilər. Onu da qeyd edək ki, nəticə çox maraqlıdır…
Davamı...