Reklam verin!


Azad SözAprel 30, 2008 18:30
Millət vəkili Əhəd Abıyev haqqında gedən müsahibəyə münasibət bildirən deputat fikrini bu cür ifadə etdi;-"Özüm də cənub bölgəsindənəm. Hansı ki, deyirdi ermənidən talışdan əmələ gəlib mən təkzib verdim genişliyiynən ki, bu yalandı, cəfəngiyatdır. Elə bil qurbağa gölünə daş atdılar..."Bu kimi "xoş" sözlərlə müsahibə verən millət vəkilinin çıxışını montajsız olaraq sizlərə təqdim edirik.Müsahibəsinin sonunda dediyi bu sözlər isə onun şəxsən özünə aitdir. "Bu şərəfsizlər yediyi qazana tüpürmək istəyirlər"...

Davamı...
Azad SözAprel 30, 2008 17:55
«Meyit özbaşınalığı» ANS TV-nin saat 12 “Xəbərçi” proqramında aparıcı qız Yelena Sidarenkonun verdiyi qəfil xəbər müxalifətçiləri əməlli-başlı hərəkətə gətirdi: - “Azadlıq” qəzetinin həbsdə olan satirik yazarı Mirzə Sakit cəza çəkdiyi həbsxanada vəfat edib. Mərhumun meyiti artıq morqa gətirilib.Müxalifət partiyalarının nümayəndələri Mirzə Sakitin yaşadığı Nərimanov rayonunda yerləşən morqun qabağına yığışdılar. Davamı...
Azad SözAprel 30, 2008 15:51

Mayın 5-də Xətai Rayon Məhkəməsində Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatının etibarsız hesab edilməsi və ləğv olunması iddiası üzrə hazırlıq iclası keçiriləcək.

SMM-in media və ictimaiyyətlə əlaqələr departamentindən «Azad Soz» bloguna verilən məlumata görə, Ədliyyə Nazirliyinin iddia ərizəsində göstərdiyi məsələlər təşkilatın qeydiyyatının etibarsız hesab edilməsi, eyni zamanda ləğvi üçün səbəb ola bilməz və qurum qanuni hüquqlarını məhkəmədə müdafiə edəcək. Davamı...
Azad SözAprel 30, 2008 15:43

«Azadlıq» qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitin sağlıq durumunda ciddi problemlər yaranıb. Bu barədə jurnalistin xanımı Rəna Zahidova məlumat verib. O, ərinin sağlamlığının qaydasında olmadığını bildirib.

Onun sözlərinə görə, Mirzə Sakit şəxsi həkiminin müayinəsindən keçmək üçün Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib, amma hələ ki, cavab almayıb. Davamı...
Azad SözAprel 30, 2008 14:41
Deputat Əhəd Abıyevin ötən şənbə verdiyi müsahibəsində səs-küyü hələ də səngimir. Qısaca olaraq xatırladaq ki, Abıyev etnik mənsubiyyətinin kürd olduğunu söyləməklə yanaşı Azərbaycanın etnik tərkibini də özünəməxsus formada təsnifatlaşdırıb: “Azərbaycan xalqı deyəndə biz nəzərdə tuturuq birinci kürd, talış, ləzgi”. Ardınca da söyləyib ki, “Vaxt gələcək, cəsarətli bir kürd oğlu Azərbaycanın qələbə bayrağını işğalçı Ermənistanda qaldıracaq”.

Davamı...
Azad SözAprel 30, 2008 14:12
Ayrı-seçkilik, süründürməçilik AzTV-çilərin canını boğazına yığıb Hələ də dövlət televiziyası statusunu qoruyan AzTV-də əməkdaşları ən çox narazı salan işçilər arasındakı ayrı-seçkilikdir. Hərdən gileylərini bildirməyə, sözlərini deməyə imkan tapanda baş redaktorlar ikili münasibətin yuxarılardan qaynaqlandığını - tapşırığın birbaşa sədrdən gəldiyini söyləməkdən çəkinmir, “açıq söhbət”lə işlərini bitmiş sayırlar. Davamı...
Azad SözAprel 30, 2008 13:22
Oktyabr ayında keçiriləcək prezident seçkisinin gedişində maraqlı proseslər cərəyan edə bilər. Getdikcə belə düşünən ekspertlərin və analitiklərin sayı artmaqdadır. Buna səbəb ölkədəki iqtisadi vəziyyətdir.Bəzi mütəxəssislər tərəfindən hələ bir neçə il bundan əvvəl səsləndirilən proqnozlar özünü doğrultmaqdadır. Ölkəyə daxil olan neft gəlirləri sürətli bahalaşma, xüsusən də ərzağın bahalaşması ilə müşayiət olunur.  Davamı...
Azad SözAprel 30, 2008 10:45
Ötən ilin dekabrın 23-də İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı tərəfindən. “İlhamla İRƏLİ” aksiyasına start verildi.Aksiyanın təqdimatı böyük təmtərahla keçirildi və ailəmə car çəkildiyi bu aksiyanın regionda analoqu yoxdu.Bu aksiya yalnız paytaxtla məhdudlaşmadı, eyni zamanda bütün bölgələri də əhatə edir. Davamı...
Azad SözAprel 30, 2008 9:00
“Ölkədəki ictimai-siyasi vəziyyəti yüksək qiymətləndirirəm. Azərbaycanda sabitlik hökm sürür”. Məlumata görə, bunu Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib. Onun sözlərinə görə, ölkədə demokratiya inkişaf edir, sabitlik Azərbaycanı inkişafa aparır: “Azərbaycanın gələcəyi sabitlikdən asılıdır. Lakin müəyyən insanlar var ki, sabitliyi pozmağa cəhd edirlər. Davamı...
Azad SözAprel 29, 2008 21:00
Icra aparatının rəhbəri güc qurumlarını müxalifətçiləri cəzalandırmağa çağırdı «Boz kardinal» norveçli nazirin açıqlamasından az sonra Ilham Əliyevi prezident elan etməyi də unutmadı Azərbaycan hakimiyyəti oktyabrın 15-də keçirilməli olan prezident seçkilərinin nəticələrini nədənsə tez-tələsik elan etməyə girişib. Davamı...
  Yazılar cəmi: 55    Sonrakı səhifə »





© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. Azad Söz tracker