Reklam verin!


Azad SözMay 30, 2008 12:50

Avropa Şurası Parlament Assambleyasının Monitrinq Qrupunda Azərbaycana dair yeni hesabat qəbul edilib."Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı bu hesabatda onun müəlliflərindən biri - Andres Herkelin dediyinə görə ölkə barədə son dərəcə kəskin tənqidi fikirlər yer alıb. Cənab Herkel Kiyevdə keçirilən tədbirdən dərhal sonra BBC ilə söhbət edib.

Davamı...
Azad SözMay 29, 2008 14:43
Partiyalar, KİV-lər və qeyri-hökumət təşkilatları – bunlar seçki prosesinin mühüm atributlarıdır. Biri seçki fəaliyyətini, digəri informasiya axınını, üçüncüsü isə ictimai nəzarəti həyata keçirir. Normal demokratik rejimlərdə bu üç atribut arasında ictimai balans olur, heç bir institut o biri ilə müqayisədə hiss olunacaq dərəcədə zəif olmur. Azərbaycanda isə fərqli mənzərə müşahidə olunur. Davamı...
Azad SözMay 29, 2008 12:18
Məlum olduğu kimi, qəzetimizin ötən saylarından birində “Hərbi nazir aparat rəhbərinə qarşı” başlıqlı məqalə dərc edilib. “ANS Səfər Əbiyevi Ramiz Mehdiyevdən niyə müdafiə etdi?” yarımbaşlıqlı məqalədə mövzu ANS-in “Hesabat” verilişinə qonaq olan müdafiə naziri Səfər Əbiyevin verdiyi müsahibə və buradakı maraq doğuran məqamlar olub. Əməkdaşımız öz məqaləsində S.Əbiyevin özünümüdafiə üçün digər kanallardan yox, məhz ANS-dən istifadə etməsinə məlumatlı mənbənin münasibətini də açıqlayıb. Davamı...
Azad SözMay 29, 2008 12:12
“Hürriyyət” qəzeti son sayında yazıb ki, Prezident Aparatındakı maraqlı qüvvələr AXCP Gənclər Təşkilatının sədri Seymur Həziyevi Əli Kərimlinin yerinə hazırlayır. Yazıda eyni zamanda o da qeyd olunur ki, həmin qüvvələr hazırda AXCP sədri Əli Kərimlinin əvəzlənməsi istiqamətində iş aparır.Bu məlumata münasibət öyrənmək məqsədilə AXCP rəhbərliyinə və S.Həziyevə müraciət etdik. Davamı...
Azad SözMay 26, 2008 15:47
“Bölgələrdə şəffaf informasiya mühitinin yaradılması üçün həm vətəndaşlar arasında, həm dövlət qurumlarında ciddi maarifləndirmə işinə ehtiyac var. Cəmiyyətə “İnformasiya əldə etmək haqqında” Qanun barəsində detallı bilgi vermədən dövlət orqanlarında olan informasiyaları insanların üzünə açmaq mümkün deyil.” Media Hüququ İnstitutunun Şirvan (Əli Bayramlı) şəhərində “İnformasiya əldə etmək hüququ” mövzusunda treninqdə iştirak edənlərin ümumi fikri belə olub.
Davamı...
Azad SözMay 26, 2008 12:21
Seçki ərəfəsində maraq kəsb edən məsələlərdən biri də müstəqil mətbuatın durumudur. Bir institut kimi müstəqil mətbuat indi ən ağır dövrünü yaşayır. Bəlkə də bu, ilk növbədə onun nəticəsidir ki, mətbuat indi Azərbaycanda digər sosial–siyasi strukturlardan fərqli olaraq fəaliyyətdədir, funksiyasını inadla həyata keçirir.Mətbuata münasibət ikilidir. Bir tərəfdən o, inkar edilir, digər tərəfdən də hərtərəfli təzyiqə məruz qalır.«Jurnalist həbsxanası» adlandırılan ölkədə bu sfera ən risqli peşələrdən hesab edilir. Davamı...
Azad SözMay 26, 2008 12:06
Qaradağ Rayon İcra Hakimiyyətinin binasında dava düşüb. İcra başçısı İsrafil Hüseynovun müavinləri əvvəlcə bir-birini təhqir edib, sonra isə əlbəyaxa olublar. Bu barədə qəzetimizi bilgiləndirən mənbənin sözlərinə görə, sonradan yumruq davasına çevrilən mübahisə büdcədən ayrılan pulun necə xərclənməsi məsələsi üstündə yaranıb. Dava zamanı icra başçısının müavini Zemfira Şıxəliyeva bədən xəsarəti alıb. Davamı...
Azad SözMay 24, 2008 13:21
Azad SözMay 24, 2008 12:53
Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin Məmməd Əmin Rəsulzadənin xatirə daşı qarşısına əklil qoymasına icazə verilməyib. Mayın 23-də müxtəlif fakültələrdə təhsil alan bir qrup tələbə universitet ərazisində yerləşən xatirə daşı qarşısına əklil qoyub. Onlar bunun Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü ilə əlaqədar olduğunu bildiriblər. Lakin az keçməmiş bir qrup şəxs əklili xatirə daşının qarşısından götürüb. Davamı...
Azad SözMay 22, 2008 11:40
Bir qrup insanın əlində cəmləşən Azərbaycanda bizim kimi insanlara yer yoxdur…

Yenə də fikirlərim qarışıb, əhvah-ruhiyyəm yaman gündədir. Əslində Azərbaycanda hal-hazırda hər bir ölkə vətəndaşının gündəlik əhval-ruhiyyəsi bu gündədir. Gündəlik problemlər, iztirablar, rüşvətxorluq, məmur özbaşınalığı və digər bu kimi problemlər sıravi vətəndaşları cana doydurub.

Davamı...
  Yazılar cəmi: 63    Sonrakı səhifə »





© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. Azad Söz tracker