Bu gün Bakı vaxtı ilə saat 12:00-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyinə həsr olunmuş hərbi parad başlayıb. Xatırladaq ki, bu, Azərbaycanın ikinci dövlət müstəqilliyi tarixində ikinci, ümumilikdə Silahlı Qüvvələrin tarixində isə üçüncü hərbi paraddır.İlk hərbi parad 1919-cu ildə Bakı şəhərində - indiki Xalça Muzeyinin yerləşdiyi ərazidə, ikinci parad isə 1992-ci il oktyabrın 9-da Azadlıq meydanında keçirilib.
Davamı...
Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov evə buraxılıb. RATİ rəhbəri Kliniki Tibbi Mərkəzin nevrologiya şöbəsinin müdiri Nərgiz Əzizovanın, müalicə həkimi Rəna Muxtarovanın imzası ilə ona epiqriz təqdim edildiyini bildirib. E.Hüseynovun sözlərinə görə, sənəddə ona qoyulmuş diaqnoz tam göstərilməsə də, bütün əlamətlər əks olunub: Davamı...
Seçkilər ərəfəsi siyasi partiyalar üçün məsuliyyətli dövr sayılır. Ona görə də partiyadaxili demokratiyaya əməl edilməsi bu dövr xüsusilə əhəmiyyət kəsb edir. Artıq indi ayrı-ayrı partiyalar seçkidə iştirak-edib etməyəcəkləri ilə bağlı öz qərarlarını açıqlamaqdadırlar. Ancaq müşahidələrə görə, bütünlükdə cəmiyyət seçki əhval-ruhiyyəsindən uzaq qaldığı kimi, sıravi partiya üzvləri də belə qərarların qəbulunda söz sahibi deyillər. Davamı...
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 24 İyun 1938-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unus kənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib.1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964). Davamı...
Keçən şənbə Nəsimi rayon 22-ci polis bölməsində fiziki və mənəvi zorakılığa məruz qalmış Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun vəziyyəti ağır olaraq qalır. O, hələ sudan başqa heç nə yeyib-içə bilmir. İstənilən yemək ürəyini bulandırır. Başında şiddətli ağrılar dayanmır, güclü baş gücəllənməsi isə sərbəst hərəkət etməsinə imkan vermir.Dünən səhər saatlarında jurnalistin yanına növbətçi həkim və neyrotravmotoloji şöbənin müdiri gəlib.
Davamı...
Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirmək istədiyi icazəsiz aksiya baş tutmayıb. Polis aksiyaçıları metronun «İçərişəhər» stansiyası qarşısında qabaqlayıb, onların meriyanın qarşısına toplaşmasına imkan verməyib. Polis bir neçə nəfəri, o cümlədən «Yeni Müsavat» qəzetinin əməkdaşı Əfqan Muxtarlını da saxlayıb.Bundan sonra bir qrup aksiyaçı «İstefa!» və «Azadlıq!» şüarları ilə meriyanın binası qarşısına doğru hərəkət ediblər. Polis həmin aksiyaçıları da saxlayıb. Saxlananlar arasında jurnalist Mutafa Hacıbəyli də var. Davamı...
“Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynova qarşı zor tətbiq olunmayıb”. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. DİN-dən verilən məlumata görə, E. Hüseynovun iyunun 14-də Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsində təzyiqlərə məruz qalması barədə mətbuata verdiyi açıqlamaların heç bir əsası yoxdur: Davamı...
Gün-gündən - Çörək bahalaşır.
Gün-gündən - Ərzaq məhsullarının qiyməti artır.
Gün-gündən - Vəziyyətimizin necə olacağı sual altına düşür.
Gün-gündən - Bakının havası çirklənir.
Gün-gündən - Qarabağımızı unuduruq.
Gün-gündən - Çadırlarda doğulmuş uşaqlarımız böyüyür.
Gün-gündən - Rüşvətlər daha geniş məcralara axır.
Davamı...
Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Azərbaycanala bağlı sərt qərarların çıxarılacağı ərəfədə hakimiyyət orqanları özlərinin onsuz da təmiz olmayan imicinə xələl gətirən hərəkətləri davam etdirməkdədirlər. Bu günlərdə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəhbərliyi tərəfindən döyülərək, ciddi xəsarət alıb.Hazırda Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicəsi davam etdirilən Emin Hüseynova qarşı rörədilən bu vəhşilik hərəkəti ölkə ictimaiyyətində ciddi qəzəb hissi doğurub. Davamı...
Yazılar cəmi:
29 Sonrakı səhifə »
Seçki 2008

Seçkilərə 68 gün qalır
Axtarış
© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. Azad Söz