MSK-nın iyulun 28-də olan toplantısında seçkilərin 2008-ci il oktyabrın 15-də keçiriləcəyi haqda qərar da qəbul edilib. MSK sədri Məzahir Pənahovun sözlərinə görə, yaxın iki gündə qərar rəsmi mətbuatda dərc ediləcək və dərc edildiyi andan da qüvvəyə minəcək. Bundan sonra prezident seçkilərinə qatılmaq istəyənlər MSK-ya müraciət edə bilər:Davamı...

Əli Kərimli indi də müxbirliyə girişib. “Azadlıq” qəzetinin dünənki sayında Orxan Səlimov imzası ilə məqalə yazıb. Biçarə o günə qalıb ki, özü özünə mirzəlik edir. Fiasko necə olur? Onu müdafiə edəcək bir babat adamı yoxdur ortada. Debillərin, əqidəsini və rəngini tez-tez dəyişənlərin, keçmişi ləkəli adamların ümidinə qalıb. Ümumiyyətlə, o, siyasətə qədəm qoyandan normal komandası olmayıb. Müəyyən dövr ətrafına xeyli adam toplaya bilmişdi. Hakimiyyətin yaxından köməyilə bir müddət Kərimlinin “islahatçılar” adlı dəstəsi yaradılmışdı.
Əli Kərimli yenə öz xarakterinə uyğun davrandı. Aranı qatmaq, təfriqə salmaq, insanları üz-üzə qoymaq və sonra da sakitcə sivişib aradan çıxmaq onun çoxdankı adətidir. Bu adamın bütün tərcümeyi-halı çirkab içindədir. Az qala ömrünün yarısını ölkənin ləyaqətli və vicdanlı insanlarına qarşı şantaja həsr edib. Vaxtilə nəzarətindəki qəzetlərdə hətta öz lideri Əbülfəz Elçibəy haqda kompromat müharibəsi başlatmışdı. Elçibəyi gözdən salmaq üçün ən çirkin addımlara belə getməkdən çəkinmirdi.
Bu günlərdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (BMCQMİ) əməkdaşları tərəfindən Gültəkin adlı bir qadın həbs olunub. Hüquq-mühafizə orqanlarındakı qaynağımız bildirir ki, adıçəkilən şəxsin həbsi Azərbaycan Liberal Partiyasının lideri, “Milli Birlik” Hərəkatının sədri, tanınmış müxalifət lideri Lalə Şövkət Hacıyevanın hüquq-mühafizə orqanlarına ünvanladığı müraciət əsasında həyata keçirilib. 





