Reklam verin!
HostGator


Azad SözAvqust 13, 2008 11:02
 Dünən saat 17:00 radələrində Bakının Sabunçu rayonunda iki silahlı qrup arasında atışma baş verib. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, silahlı qruplar Maştağadakı Olimpiya Mərkəzinin qarşısında atışıblar. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Dərhal Sabunçu rayon Prokurorluğu və polis idarəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Günün sonunda atışmada iştirak etmiş şəxslərin kimliyi bəlli olub.
Davamı...
Azad SözAvqust 13, 2008 10:47
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin nəticələri açıqlanıb. Məsələylə əlaqədar "Azad Soz"-ə açıqlama verən qurumun katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, müsabiqədə 191 təşkilat qalib gəlib: "191 təşkilata ayrılacaq vəsaitin məbləği ümumilikdə 1 milyon 200 min manatdır. Müsabiqədə qalib gələn ən böyük layihə 12 min, ən kiçiyinə isə 1956 manat məbləğində vəsait ayrılıb. Davamı...
Azad SözAvqust 3, 2008 11:04
ABŞ-ın Gellap Araşdırma təşkilatı dünya üzrə insanların niyə bir ölkədən başqasına köçmək istəməsinin səbəblərini öyrənib. Sorğunun iyulun 30-da elan edilən nəticələrinə görə, miqrasiyaya kasıblardan daha çox imkanlı adamlar meyllidirlər. Amma bu o demək deyil, məsələn, məşhur milyarder indi çemodanlarını toplayıb köçməyə hazırlaşır. 
 
Davamı...
Azad SözAvqust 1, 2008 14:29

Sovet İttifaqı vaxtında Bakıda təxminən 150-ə yaxın kitab mağazası olub. Bu gün isə onların sayı təqribən 8-dir:

1. Bakı Sovetində, Sabir bağı ilə üzbəüz yerləşən, Milli Elmlər Akademiyasına məxsus “Akademik kitab” mağazası

2. N. Gəncəvi adına muzeyin 1-ci mərtəbəsində yerləşən Milli Elmlər Akademiyasına məxsus “Akademiya kitab mərkəzi”

Davamı...
Azad Sözİyun 26, 2008 13:56
Bu gün Bakı vaxtı ilə saat 12:00-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyinə həsr olunmuş hərbi parad başlayıb. Xatırladaq ki, bu, Azərbaycanın ikinci dövlət müstəqilliyi tarixində ikinci, ümumilikdə Silahlı Qüvvələrin tarixində isə üçüncü hərbi paraddır.İlk hərbi parad 1919-cu ildə Bakı şəhərində - indiki Xalça Muzeyinin yerləşdiyi ərazidə, ikinci parad isə 1992-ci il oktyabrın 9-da Azadlıq meydanında keçirilib.
Davamı...
Azad Sözİyun 26, 2008 13:35
Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov evə buraxılıb. RATİ rəhbəri Kliniki Tibbi Mərkəzin nevrologiya şöbəsinin müdiri Nərgiz Əzizovanın, müalicə həkimi Rəna Muxtarovanın imzası ilə ona epiqriz təqdim edildiyini bildirib. E.Hüseynovun sözlərinə görə, sənəddə ona qoyulmuş diaqnoz tam göstərilməsə də, bütün əlamətlər əks olunub: Davamı...
Azad Sözİyun 25, 2008 12:20
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 24 İyun 1938-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unus kənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib.1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964).  Davamı...
Azad Sözİyun 17, 2008 14:31
Gün-gündən - Çörək bahalaşır.
Gün-gündən - Ərzaq məhsullarının qiyməti artır.
Gün-gündən - Vəziyyətimizin necə olacağı sual altına düşür.
Gün-gündən - Bakının havası çirklənir.
Gün-gündən - Qarabağımızı unuduruq.
Gün-gündən - Çadırlarda doğulmuş uşaqlarımız böyüyür.
Gün-gündən - Rüşvətlər daha geniş məcralara axır.
Davamı...
Azad Sözİyun 17, 2008 13:28
Şənbə günü Nəsimi rayon 22-ci polis bölməsində fiziki və mənəvi təzyiqlərə məruz qalmış Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) rəhbəri Emin Hüseynovun vəziyyəti ağır olaraq qalır. Hüseynov şənbə günü axşam ağır vəziyyətdə yerləşdirildiyi Təcili Yardım Xəstəxanasının reanimasiya şöbəsindədir.Jurnalist ayılmasına baxmayaraq, başında və boyun nahiyəsində güclü ağrılar hiss edir, həmçinin onda ürəkbulanma və baş gicəllənməsi var. Onun sözlərinə görə, hər-hansı xüsusi müalicə aparılmır. Bütün tibbi yardım onun krizisdən çıxarılmasından ibarətdir. Jurnalistə sistem qoşulub, ona ağrıkəsici və qlükoza vurulur.
Davamı...
Azad Sözİyun 17, 2008 12:30
ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Emin Hüseynovun iyunun 14-də Bakıda polis bölməsində döyülməsindən qəzəbləndiyini bildirib: «Biz həmkarımız Emin Hüseynova qarşı bu vəhşi hücumdan qəzəblənmişik».

Məlumata görə, JMK-nın Avropa və Orta Asiya üzrə koordinatoru Nina Oqnianova Azərbaycan hakimiyyətini bu hadisəni araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Davamı...
  Yazılar cəmi: 107    Sonrakı səhifə »





© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. Azad Söz tracker