Avropa Şurası Parlament Assambleyasının Monitrinq Qrupunda Azərbaycana dair yeni hesabat qəbul edilib."Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı bu hesabatda onun müəlliflərindən biri - Andres Herkelin dediyinə görə ölkə barədə son dərəcə kəskin tənqidi fikirlər yer alıb. Cənab Herkel Kiyevdə keçirilən tədbirdən dərhal sonra BBC ilə söhbət edib.
Davamı...
Moskva müxbirimiz Eldar İsmayılzadə Ayaz Mütəllibovla görüşüb onun hazırkı həyatı, keçmişə və bu günə münasibəti ilə maraqlanıb.
A. M. Biz 1992-ci ilin may ayında məcburiyyət qarşısında qalaraq Moskvaya gəldik. Onda burada mənzilimiz yox idi. 1995-ci ilin may ayına kimi 8 nəfərlik ailəmlə müxtəlif mənzillərdə qalası oldum. Biz başqa azərbaycanlılardan fərqlənmirdik.
Davamı...
15 oktyabr seçkilərinə az müddət qalsa da, ölkədə seçki əhval-ruhiyyəsi hiss olunmur. Seçkilərlə bağlı beynəlxalq təşkilatların, müəyyən mənada müxalifət partiyalarının səyləri çoxaldıqca iqtidarın radikallığı da artır və onlar artıq Corc Buşu tənqid etməyə başlayıblar. Hakimiyyətin bu mövqeyinin nəylə nəticələnə biləcəyinə, ümumiyyətlə, ölkədə yaranmış vəziyyətə və digər məsələlərə aydınlıq gətirməsi üçün “Azərbaycan Naminə” İctimai Forumun prezidenti, politoloq Eldar Namazovla söhbətləşdik.
Davamı...