Reklam verin!
HostGator


Azad SözAvqust 23, 2008 11:34
Pre­zi­dent seç­ki­si ya­xın­laş­dıq­ca cə­miy­yət­də ak­tiv­lik hiss olu­na­caq sə­viy­yə­də ar­tır. Söz yox ki, bu sa­hə­də mə­su­liy­yət əsa­sən, si­ya­si və qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­nın üzə­ri­nə dü­şür. Bir sı­ra si­ya­si qüv­və­lə­rin seç­ki­ni boy­kot yo­lu tut­ma­sı isə QHT-lə­rin bu yön­də işi­ni bir qə­dər də ar­tı­rıb.
   
   Seç­ki­lə­rin mo­ni­to­rin­qi­ni apar­maq üçün ar­tıq QHT-lər­dən iba­rət bir ne­çə koa­li­si­ya da ya­ra­dı­lıb. On­la­rın fəa­liy­yə­ti bir sı­ra bey­nəl­xalq təş­ki­lat­lar və xa­ri­ci döv­lət­lə­rin öl­kə­miz­də­ki sə­fir­lə­ri tə­rə­fin­dən də təq­dir edi­lir. Bə­zi dip­lo­mat­lar he­sab edir ki, mü­xa­li­fə­tin pas­siv­li­yi­ni QHT-lə­rin ak­tiv­li­yi kom­pen­sa­si­ya edir.
Davamı...
Azad SözAvqust 23, 2008 11:10
Mərkəzi Seçki Komissiyası (MSK) artıq 16 nəfər prezidentliyə iddialının namizədliyini qeydə alıb. Bəs prezidentliyə iddialıların imza toplanması kampaniyası necə keçir? Prezidentliyə iddialı şəxslər namizədliklərinin qeydə alınması üçün 60 dairədən 40 min imzanı necə yığırlar?Prezidentliyə iddialı Yaşıllar Partiyasının sədri Mais Güləliyev deyir ki, imza toplama ilə məşğul olan 90 nəfər partiya nümayəndəsi xeyli problemlərlə üzləşib.
Davamı...
Azad SözAvqust 21, 2008 15:30
Azərbaycanda 15 oktyabrda keçiriləcək prezident seçkisi Türkiyəni, Türk dünyasını və bölgə ölkələrini yaxından maraqlandırır. Bölgədən kənarda olan qlobal güclərin də bu seçkiyə yaxından maraq göstərdiyini bilirik. Çünki o ölkələr üçün Azərbaycanın əhəmiyyəti getdikcə artmaqdadır; ölkənin nefti, qazı, digər təbii sərvətləri beynəlxalq arenadakı qüvvələr üçün daha da önəmli hala gəlir. Bundan əlavə, Qafqaz Rusiyanın “yumşaq qarnı” olan bir coğrafiyada Azərbaycanın həm də strateji mövqeyi var. İranla ABŞ arasındakı münaqişə bu önəmi daha da artırmaqdadır. Davamı...
Azad SözAvqust 8, 2008 20:49
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Müsavat Partiyasının prezident seçkilərində iştirak etməmək qərarının yanlış və demokratikləşmə hərəkatına zərbə olması, eyni zamanda yaranmış vəziyyətdə prezidentliyə namizəd olmaq üzərində düşündüyü barədə mülahizələriti açıqladıqdan sonra mətbuatda bu mövqeyitin yanlış şərh olunduğu hallarını təəssüflə müşahidə edir Davamı...
Azad SözAvqust 7, 2008 10:25
Müsavatın, ADP-nin və KXCP-nin seçkini boykot etməsi müxalifətin böyük kolasiyasının yaradılması ideyası barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, bu istiqamətdə təcili müzakirələr başlayacaq və bütün müxalifətin koalisiyası yaradılacaq. Lakin bir həftəyə yaxın vaxt keçsə də koalisiyanın yaradılması istiqamətində konkret addımların atıldığı müşahidə olunmur. Sanki birlik istiqamətində təşəbbüsü və məsuliyyəti öz üzərinə götürməyə heç kim risk etmir. Bu isə ortaya bir neçə sual çıxarıb. Davamı...
Azad SözAvqust 6, 2008 11:45
Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazilər Kabinetində 2008-ci ilin altı ayının yekunları və görüləcək işlərlə bağlı müşavirə keçirilib. Müşavirədə çıxış edən Azərbaycan prezidenti ölkədəki inkişafdan, siyasi və iqtisadi islahatların aparılmasının vacibliyindən danışıb.
Müşavirəni APA-ya şərh edən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, dövlət başçısı bütün rayon və şəhərlərdə portretlərinin yığışdırması barədə göstəriş verib: “Prezident deyib ki, bu həm də prezident seçkisi ilə bağlı kampaniya başlayanda seçki qanunvericiliyinə hörmətdir.
Davamı...
Azad SözAvqust 6, 2008 11:34

Bu barədə “Azadlıq” radiosuna onun özü məlumat verib. R.Arifoğlu deyib ki, Müsavat Partiyası seçkini boykot etməklə Ilham Əliyevin qarşısından kənara çəkilib. Onun sözlərinə görə, qarşısına dinc məqsədlərlə hakimiyyətə gəlmək məqsədini qoyan partiyanın seçkidən imtina etməsi absurddur. Ancaq Arifoğlu qərar verməkdə tərəddüd etdiyini də dilə gətirib. Baş redaktor deyib ki, seçkiyə çox az vaxt qalmış Müsavat Partiyası rəhbərliyinin belə bir qərar verməsi onun kimi düşünən insanları seytnot vəziyyətinə salıb

Davamı...
Azad SözAvqust 4, 2008 17:17

 Bəzi müxalifət qruplarının Azərbaycanda prezident seçkilərində iştirakdan imtinası, ümumilikdə, onlarda dövlət və cəmiyyətin siyasi - iqtisadi inkişafına dair hər hansı fikirlərin və baxışların olmaması ilə şərtlənir. Müxalifət partiyalarının son qərarlarını şərh edən Azərbaycan prezidenti İcra Aparatının Siyasi Analiz və İnformasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bu fikirdədir.    Onun sözlərinə görə, seçkilərə getmək üçün beş il ərzində dayanmadan çalışmaq lazımdır.

Davamı...
Azad SözAvqust 4, 2008 16:59
“Çevrəmdəki adamlar mənə israrla deyir və hətta tələb edirlər ki, namizədliyimi irəli sürüm və demokratik düşərgə, narazı elektorat mübarizəni mənim timsalımda aparsın”
“Müsavatın seçkidə iştirak etməməklə bağlı qərarından partiyanın sıravi üzvləri, rayon təşkilatlarının rəhbərləri çox məyusdurlar. Onlar artıq öz məyusluqlarını ifadə edirlər. Belə bir vəziyyətdə çevrəmdəki adamlar mənə israrla deyir və hətta tələb edirlər ki, namizədliyimi irəli sürüm və demokratik düşərgə, narazı elektorat mübarizəni mənim timsalımda aparsın”.
Davamı...
Azad SözAvqust 4, 2008 16:42
Azərbaycan kommunistləri də prezident seçkilərində iştiraka qərar veriblər. Vahid Azərbaycan Kommunist Partiyasının avqustun 4-də keçirilən plenumunda təşkilatın sədri Sayad Saydovun namizədliyi irəli sürülüb.
Bu barədə S.Sayadov məlumat verib:  
«Partiyanın 34 rayon təşkilatı seçkilərlə bağlı öz müşavirələrini keçiriblər və mənim namizədliyim irəli sürülüb».
Davamı...
  Yazılar cəmi: 69    Sonrakı səhifə »





© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. Azad Söz tracker