Prezident seçkisi yaxınlaşdıqca cəmiyyətdə aktivlik hiss olunacaq səviyyədə artır. Söz yox ki, bu sahədə məsuliyyət əsasən, siyasi və qeyri-hökumət təşkilatlarının üzərinə düşür. Bir sıra siyasi qüvvələrin seçkini boykot yolu tutması isə QHT-lərin bu yöndə işini bir qədər də artırıb. Seçkilərin monitorinqini aparmaq üçün artıq QHT-lərdən ibarət bir neçə koalisiya da yaradılıb. Onların fəaliyyəti bir sıra beynəlxalq təşkilatlar və xarici dövlətlərin ölkəmizdəki səfirləri tərəfindən də təqdir edilir. Bəzi diplomatlar hesab edir ki, müxalifətin passivliyini QHT-lərin aktivliyi kompensasiya edir. Davamı...


Azərbaycanda 15 oktyabrda keçiriləcək prezident seçkisi Türkiyəni, Türk dünyasını və bölgə ölkələrini yaxından maraqlandırır. Bölgədən kənarda olan qlobal güclərin də bu seçkiyə yaxından maraq göstərdiyini bilirik. Çünki o ölkələr üçün Azərbaycanın əhəmiyyəti getdikcə artmaqdadır; ölkənin nefti, qazı, digər təbii sərvətləri beynəlxalq arenadakı qüvvələr üçün daha da önəmli hala gəlir. Bundan əlavə, Qafqaz Rusiyanın “yumşaq qarnı” olan bir coğrafiyada Azərbaycanın həm də strateji mövqeyi var. İranla ABŞ arasındakı münaqişə bu önəmi daha da artırmaqdadır.
Türkiyədə “Ergenekon” əməliyyatı adı altında keçirilən həbslər təkcə bu ölkənin yox, bütün dünyanın, xüsusilə də Azərbaycanın marağına səbəb oldu. Qeyd edək ki, bu əməliyyatın gedişində istefada olan üç general da daxil olmaqla, xeyli sayda tanınmış şəxslər həbs edilib. Həbs edilənlər arasında Türkiyədə milliyyətçi siyasi kəsimə daxil olan tanınmış simalar, o cümlədən jurnalistlər də var. Bu insanları terror təşkilatı qurmaqda, dövlət çevrilişinə cəhddə və sair cinayətlərdə ittiham edirlər.
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Müsavat Partiyasının prezident seçkilərində iştirak etməmək qərarının yanlış və demokratikləşmə hərəkatına zərbə olması, eyni zamanda yaranmış vəziyyətdə prezidentliyə namizəd olmaq üzərində düşündüyü barədə mülahizələriti açıqladıqdan sonra mətbuatda bu mövqeyitin yanlış şərh olunduğu hallarını təəssüflə müşahidə edir
Müsavatın, ADP-nin və KXCP-nin seçkini boykot etməsi müxalifətin böyük kolasiyasının yaradılması ideyası barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, bu istiqamətdə təcili müzakirələr başlayacaq və bütün müxalifətin koalisiyası yaradılacaq. Lakin bir həftəyə yaxın vaxt keçsə də koalisiyanın yaradılması istiqamətində konkret addımların atıldığı müşahidə olunmur. Sanki birlik istiqamətində təşəbbüsü və məsuliyyəti öz üzərinə götürməyə heç kim risk etmir. Bu isə ortaya bir neçə sual çıxarıb.
Bütün ölkə ərazisində Azərbaycan prezidenti İlham Əliyevin portretlərinin yığışdırılması ilə bağlı tapşırığı yerinə yetirilir. Bakının Nəsimi, Yasamal, Qaradağ və Suraxanı rayonlarının İcra Hakimiyyətindən (RİH)
Aparıcı müxalifət partiyaları seçkiləri boykot və seçkilərə qatılmamaq qərarı ilə yeni əməkdaşlıq imkanları yaradıb. Bu sahədə müxalif partiyaların sonrakı fəaliyyəti cəmiyyət üçün maraq doğurur. Müsavat və AXCP liderləri İsa Qəmbərlə Əli Kərimli bununla bağlı “Turan”a şərh verib. “Təbii ki, aparıcı siyasi qüvvələrin eyni mövqedə olması əməkdaşlıq üçün yeni imkanlar açır və yeni şərait yaradır. Hesab edirəm ki, tərəflərin mövqeləri də bu əməkdaşlığın reallığından xəbər verir. Bu baxımdan Müsavat Partiyası məsləhətləşmələrə tam hazırdır”.
Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazilər Kabinetində 2008-ci ilin altı ayının yekunları və görüləcək işlərlə bağlı müşavirə keçirilib. Müşavirədə çıxış edən Azərbaycan prezidenti ölkədəki inkişafdan, siyasi və iqtisadi islahatların aparılmasının vacibliyindən danışıb.





