Ermənistanın yeni seçilən prezidenti dünən və bu gün ordu rəhbərliyinə və xarici işlər naziri postuna yeni kadrlar təyin edib.
Gözlənildiyi kimi xarici işlər naziri vəzifəsinə Ermənistanın Fransada səfiri işləmiş Eduard Nalbəndyan təyin olunub.
Açar sözlər:
2 mindən artıq insan metroda şalvarsız qaldı
QayNar: ABŞ-ın Nyu York şəhərində düzənlənən "Metroda Şalvarsız Gəzinti" aksiyası ilginc görüntülərlə yadda qaldı. Metroya mindikdən sonra, şalvarlarını çıxararaq alt paltarları ilə qalan aksiya iştirakçılarını görən sərnişinlər çaşqınlıqlarını gizlədə bilməyiblər.
Bu il 7-ci dəfə düzənlənən "Metroda Şalvarsız Gəzinti" aksiyasının ideya sahibi "İmprove Everywhere" adlı bir qrupdur. Bu aksiya ilə metroya minənlərə əyləncəli dəqiqələr yaşatmağı məqsəd seçən flaşmoba 2 mindən artıq könüllü qatılıb.
Açar sözlər:
Mason lojasının rəhbəri yazar Həmid Herisçinin qardaşıdır
Türkiyə Azad və Qəbul Edilmiş Masonlar Böyük Lojasının dərgisində yaxın günlərdə Azərbaycan Böyük Mason Lojasının qurulacağını xəbər verilib.
Məqalədə lojanın qurucusu olmaq istəyən "qardaşların” adlarını göstərən siyahı da dərc olunub. Dünyanın müxtəlif bölgələrdə loja quruculuğunu müntəzəm olaraq davam etdirən masonlar müstəqil Azərbaycan Böyük Lojasının qurulmasında üzərlərinə düşən vəzifəni böyük sevinc və fəxrlə tamamladıqlarını deyiblər.
Açar sözlər:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib. İclasda Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər, perspektivlər" kitabları Məşvərət Şurasının üzvlərinə paylanılıb. Kitabda Komitənin təşkilatçılığı ilə 3-4 aprel 2007-ci il tarixdə keçirilmiş beynəlxalq konfransın materialları, prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktub, tədbirdəki çıxış və məruzələr daxil edilib.
Kitab dinşünaslar, siyasətçilər, tədqiqatçılar və müəllimlər üçün nəzərdə tutulub. Sonra komitənin hazırladığı ilk dini xəritə Şuraya təqdim edilib. Şura üzvləri eyni zamanda, ölkədəki mövcud dini durumu müzakirə ediblər. İclasda bir sıra dini qurumların nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı bütün konfenssiyaların əlamətdar günlərini özündə əks etdirən ümumi təqvimin hazırlanması qərara alınıb. Sonda Şuranın 2008-ci il üçün fəaliyyət planı təsdiq edilib("OLAYLAR"İA).
Açar sözlər:
"Hakimiyyət sərbəst toplaşma hüququnun məhdudlaşdırılmasının yeni mərhələsini həyata keçirir. Bu mərhələdə hətta kütləvi aksiyalar üçün nəzərdə tutulan yerlərdə də tədbirlər keçirməyə icazə verilmir."
Söz Azadlığının Müdafiə Komitəsi Azərbaycanda insan haqlarının pozulmasına, azad mətbuata təzyiqlərə, jurnalistlərin qanunsuz həbsinə etiraz olaraq 22 dekabr 2007-ci ildə «Ukrayna» meydanında mitinq və 23 dekabr 2007-ci ildə «Bibiheybət» stadionunda yerli əhali ilə görüş keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə yazılı müraciət etmişdi. Bu gün, yəni 19 dekabr 2007-ci ildə Bakı şəhər İcra Hakimiyyəti yenidən Azərbaycanın Konstitusiyasının və «Sərbəst toplaşmaq haqqında» Qanunun tələblərini pozaraq həmin aksiyaların keçirilməsinə icazə verməyib.
Aksiyaların təşkilatçıları ilə razılaşdırılmadan, eyni zamanda heç bir izah verilmədən 22 dekabr 2007-ci ildə «Ukrayna» meydanına təyin olunmuş mitinq yenidən bundan əvvəl təşkilatçıların imtina etdiyi «Bibiheybət» stadionuna keçirilib. Halbuki mitinqin təşkilatçıları öz müraciətində həmin stadionun mitinq keçirmək üçün yararlı olmadığını da Bakı şəhər İcra Hakimiyyətinin diqqətinə çatdırmışdı. Eyni zamanda İcra Hakimiyyəti 23 dekabr 2007-ci ildə «Bibiheybət» stadionunda yerli əhali ilə keçiriləcək yığıncağı öz məktubunda dəfələrlə və bilərəkdən mitinq adlandırıb. Bütün bunlar göstərir ki, Bakı şəhər İcra Hakimiyyəti israrla demokratik qüvvələrin planlaşdırdığı mitinqlərin bundan sonra şəhərin ən ucqar yerində və mitinq üçün yararsız olan «Bibiheybət» stadionunda keçirilməsi üçün yeni presedentin əsasını qoymaq istəyir. Bütün bunları nəzərə alaraq Mitinq Təşkilat Komitəsi hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti 22 dekabr 2007-ci il tarixində Ukrayna meydanında keçirilməsi nəzərdə tutulan mitinqə və 23 dekabr 2007-ci ildə «Bibiheybət» stadionunda yerli əhali ilə nəzərdə tutulan yığıncağa icazə verməyib. Komitə İcra Hakimiyyətinin özbaşına müəyyənləşdirdiyi ərazidə və formatda aksiyalar keçirməyi məqbul saymır, bu qanunsuz addımlarla bağlı məhkəməyə, həmçinin Avropa Şurasının Venesiya Komissiyasına və digər beynəlxalq qurumlara müraciət edəcək.
Mitinq Təşkilat Komitəsi bəyan edir ki, Azərbaycanın hakimiyyət orqanları ölkədə sərbəst toplaşma hüququnu kəskin şəkildə məhdudlaşdırılmasının yeni mərhələsini həyata keçirir. Bu mərhələdə hətta hakimiyyətin kütləvi aksiyalar üçün nəzərdə tutduğu yerlərdə də tədbirlər keçirməyə icazə verilmir. Bu səbəbdən Mitinq Təşkilat Komitəsi növbəti addımlarını müəyyənləşdirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərərək, paytaxt ərazisində mitinq və digər kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan yerlər barədə 10 yanvar 2008-ci ilə qədər izahat verilməsini tələb edəcək.
Komitə 23 dekabr 2007-ci ildə «Bibiheybət» stadionunda sakinlərlə yığıncağa icazə verilməməsinə baxmayaraq, Qurban bayramı münasibətilə yaxın günlərdə yerli əhali ilə görüşlər keçirərək baş verənlərin mahiyyəti barədə onlara məlumat verəcək.
Eyni zamanda, Mitinq Təşkilat Komitəsi Azərbaycanda sərbəst toplaşmaq hüququnun bərpasına nail olmaq üçün daimi fəaliyyətə keçir, Konstitusiya və qanunlara görə icazə tələb olunmayan aksiyaların uzunmüddətli proqramını hazırlamaq və həyata keçirmək barəsində qərar qəbul etdi.
Açar sözlər:
Zahir Əzəmət
Sıradan boy verməyən adi günlərin birində Əhməd "mənim də dövlətim olsun" dedi.
Əhmədin dövləti oldu.
Parlamentim, prezidentim olsun istədi, o da oldu.
Əhməd bunları niyə istədi?
Ona görə ki, dövlətin ona ayaqda durmaqda yardımçı olacağını düşünürdü. Çünki bütün normal ölkələrdə beləydi.
Ona görə istədi ki, dövlət Əhmədin, Məmmədin, İmamverdinin, Fatmanisənin orda-burda başlı-başına yaşamasını deyil, birlikdə millətləşməsini təmin edəcək, onların müdafiəçisinə çevriləcəkdi. Çünki oxuduğu kitablarda belə yazılmışdı.
Düşünürdü ki, yaşamı daha da asanlaşacaq, insanca ömür sürmək imkanı qazanacaq.
Oldumu? Olmadı!
Əhməd dövləti qurdu, amma bir də ayıldı ki, bu dövlətin ona dəxli yoxdur. Gördü ki, dövlət ona yardım etmək əvəzinə, hər addımda mane olur. Küçədə, iş yerində, toplumda rüşvət kimi, bürokratiya kimi onun qarşısına çıxıb, inkişaf etməyə, qol-qanad açmağa imkan vermir.
Əhməd çaşıb qaldı.
Onun işıq umduğu bütün deşiklərə dövlət barmaq tıxamışdı.
Açar sözlər:
“Mən demokratiya və liberallaşma tərəfdarıyam”
Nobel mükafatını alandan sonra bu gün ilk dəfə İngiltərəyə gələn, Temza çayının sahilində yerləşən məşhur mədəniyyət mərkəzi “Queen Elizabeth Hall”-ın min nəfərlik zalında ədəbiyyatsevərlərlə görüşən türk yazıçısı Orxan Pamuk bir çox məqamlara aydınlıq gətirib.
Görüşün təşkilatşısı “The İndependent” qəzeti olub. Qəzetin ədəbi redaktoru Boy Tonkin açılışda yazıçının avtobioqrafiyası ilə görüş iştirakçılarını tanış edib.
Daha sonra söz alan Orxan Pamuk romanlarını yazarkən qızıyla gündəlik söhbətlərindən, İstanbuldan və həyatın içindən ilham aldığını söyləyib. İndiyə qədər 10 kitab yazdığını, amma bundan qat-qat çox qeydlər etdiyini və həmin qeydlərdən yeri gəldikcə yararlandığını deyən yazıçı günün əksər hissəsini yazı masasının arxasında keçirdiyini bildirib: “Təbii ki, hər yazdığımla möcüzə yaratmıram, amma yenə davam edirəım”.
Davamı www.qaynar.info da
Açar sözlər:
Blogunuza xəbər paneli yükləyin!
Blogunuzda hər an avtomatik yenilənən bir xəbər panelinin olmasını istərdinizmi? Hətta sizin blogunuza daxil olmağa, ordakı xəbərləri yeniləməyə vaxtınız olmayanda belə, blogunuza daxil olan ziyarətçi burda yeni xəbərləri tapa biləcək.
Belə ki, QayNar Portal (www.qaynar.info) blog və sayt adminlərinə yeni xidmət təklif edir. QayNar Azərbaycan xəbər saytları içində yeganə saytdır ki, "öz saytına, bloguna xəbər paneli yüklə" xidməti təklif edir. Saytın verdiyi kodu öz saytınıza əlavə etməklə, siz blogunuzun gün ərzində dəqiqəbədəqiqə yenilənən xəbər panelini qurmuş olursunuz. Artıq saytınıza daxil olanlar istər Azərbaycanda, istərsə də dünyada baş verən bütün yeniliklərdən operativ şəkildə xəbər tutacaq.
Kodu bu linkdən əldə edə bilərsiniz: http://news.qaynar.info/webmaster/
Əlavə suallar yaranarsa, zahirazamat@gmail.com elektron ünvanına müraciət edə bilərsiniz.
Bizim Blog
Açar sözlər:
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ömürlük azadlıqdan məhrum edilməsi qərarını qüvvədə saxlayan Budapeşt Şəhər Apelyasiya Məhkəməsinin 22 fevral 2007-ci il tarixli qərarından hələ ki kasasiya şikayəti verilməyib.
Ramil Səfərovun atası Sahib Səfərov APA-ya bildirib ki, kasasiya şikayətinin verilib-verilməməsi barədə R. Səfərovla məhkəmə nəzarətçiləri arasında olan insidentlə bağlı Budapeşt Şəhər Peşt Rayon Məhkəməsinin 17 noyabr 2006-cı il tarixində çıxarılan hökmündən verilən apellyasiya şikayətinə baxılandan sonra qərar veriləcək. S. Səfərovun sözlərinə görə, apellyasiya şikayətinə nə zaman baxılacağı hələ məlum deyil: “Artıq Macarıstan məhkəmələri yay tətilini başa vurur. Yəqin ki, yaxın zamanlarda bu işə baxılacaq”.
Dünən Ramilin 30 yaşının tamam olduğunu bildirən atası deyib ki, ad günü ailələrində qeyd olunub: “Ramil özü də zəng etmişdi. Biz ona təbriklərimiz çatdırdıq. Saxlanma şəraiti ilə bağlı narazılığı yoxdur. Əhvalı da yaxşı idi. O da güman edir ki, apellyasiya şikayətinə yaxın zamanlarda baxılacaq”.
Xatırladaq ki, Ramil Səfərov erməni zabiti Qurgen Markaryanı qətlə yetirdiyinə görə Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Açar sözlər:
Bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da rəsmi və qeyri-rəsmi milyonçular var. Varidatlarını və bizneslərini rəsmi strukturlarla ictimaiyyətdən və kütləvi informasiya vasitələrindən gizlətməyən, hətta əksinə, zənginliyi ilə tam normal qaydada öyünən milyonçuolardan fərqli olaraq, "məxfi milyonçular" bütün varidatlarını ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirərək, kölgədə qalmağa üstünlük verirlər.
Varidatı $1 milyonu aşan adamların sayı barədə heç bir rəsmi mənbədən məlumat almaq mümkün deyil. Belələrinin sayı dövlət orqanları tərəfindən qeydə alınmır və kütləvi informasiya sayılmır.
Nyu-Yorkda çıxan "NRS" postsovet ölkələrindəki "məxfi milyonçular"ın təxmini reytiqini hazırlayıb.
Belarus və Ermənistan kimi ölkələrdə qanunvericilik vətəndaşların kapitalı barədə məlumatları məxfiləşdirərək, "kommersiya sirri" sayır, Azərbaycan və Gürcüstanda iş adamları yarıməxfi-yarıleqal şəkildə milyonçu sayılır, postsovet məkanının bütün dövlətlərində isə yüksək çinli dövlət məmurları faktiki qaydada milyonçu olsalar da, onların varidatı barədə informasiya verənləri "böhtançı" adlandıraraq, "şərəf və ləyaqətin müdafiəsi"ylə bağlı məhkəmə qarşısında iddia qaldırırlar.
Lakin işgüzar adamlar üçün informasiya bülletenləri, müstəqil ekspert araşdırmaları, agentliklər və maliyyə analitiklərinin verdikləri məlumatlar əsasında MDB məkanı ölkələri, o cümlədən Azərbaycandakı qeyri-rəsmi milyonçuların varidatı və onların sayı barədə müəyyən təsəvvürə malik olmaq mümkündür.
İsveçrədəki beynəlxalq "RGG Finance" konsaltinq şirkəti ilə Belçikadakı "Europan Consulting Agensy" qrupu da postsovet məkanındakı qeyri-rəsmi milyonçuların sayını müəyyənləşdirməyə çalışıb. Ekspertlərin dediklərinə görə, bu şirkətlərin siyahı, reytinq v hesabatlarındakı fərqlər isə müxtəlif ölkələrdəki real situsiyaya yox, "məxfi milyonçu"ların gəlir və varidatlarını dövlətdən gizlətmək bacarıqlarından xəbər verir.
Məsələn, rəsmi statistikaya görə, Türkmənistan, Tacikistan, Özbəkistan və Belarusda dollar milyonçuları yoxdur. Bu ölkələrdə gəlirlərlə bağlı vergi bəyannaməsi anlayışı da mövcud deyil.
RGG şirkətinin eksperti Filipp Bertran-Anonun dediyinə görə,
Türkmənistanda milyonçular məhv edilib, ölkədən qaçıb, ya da həbsxanaya salınıb: "Mərhum Saparpurad Niyazov Milli Təhlükəsizlik Nazirliyi vasitəsilə ölkədəki varlı iş adamlarına divan tutmuş, onları müflisləşdirmişdi. Çünki diktatorların hamısı pullu vətəndaşlarından qorxur. Pul yoxdursa, pulluların silah satın alıb hakimiyyətə qarşı döndərəcəyi ilə bağlı təhlükə də yoxdur. Belarus və Tacikistan kimi dövlətlərdə isə kimsə öz varidatını açıqlamır: iş adamları repressiyalardan, dövlətin onların varidatını əllərindən alacağından çəkinirlər".
Moldovada isə rəsmi 20 milyonçu və 3 milyarder var.
Oleq Voronin kimsədən çəkinmir, çünki Moldova prezidenti Vladimir Voroninin oğludur. Milyarder Qabriel Statinin Rumıniya, Nikolay Çyornının isə Rusiya, Rumıniya və Ukrayna vətəndaşlıqları var.
Kişinyovdakı "İDİS İnternational" İnstitutunun departament rəhbəri Nikolae Kolontyanu "Ekspress" əməkdaşına verdiyi açıqlamasında bildirib ki, ölkədə gəlirlərlə bağlı vergi bəyənnaməsinin təqdimatı strukturu olmadığından, milyonçuların sayını dəqiqləşdirmək mümkün deyil: "Bizimkilər bəlkə də dünyanın ən utancaq milyonçularıdır. Məlumatlarımız var ki, ölkədə 28 milyonçu yaşayır. Amma onların istənilən biri barəsində kütləvi informasiya vasitələrinin hər hansında "milyonçu" kəlməsi işlənərsə, mütləq məhkəməyə müraciət edəcək, milyonu olmadığını and-aman edəcək".
Belarusdakı "Priorbank"ın idarə heyətinin sədri Yevgeni Kostyuçenko isə ölkədə təxminən 10 min "məxfi milyonçu"nun olduğunun və onların hər birinin varidatının ən azı $2-3 milyon təşkil etdiyi söyləsə də, kimsə kapitalını açıqlamaq niyyətində deyil.
Tacikistana gəldikdə isə, Düşənbədəki Müstəqil İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Səydulla Əhmədcanov "Ekspress"ə dedi ki, ölkənin ən varlı adamları hər biri ən azı $3-4 milyard varidata malik prezident Emoməli Rəhmonla onun qudası, "OrientBank"ın sahibi Həsən Sədullayevdir.
"Məxfi milyonçular arasında isə ən varlıları baş prokuror Bobocon Boboxonov, DİN başçısı Məhmədsəid Salehov, energetika və sənaye naziri Şirəli Gülov, müdafiə naziri Şirəli Xayrullayev, maliyyə naziri Azim Nəcmiddinov, Milli Bankın prezidenti Murodəli Əlimərdonov, Vergi Komitəsinin sədri Hakim Soliyevdir. Bizim ölkənin "özəl" xüsusiyyətlərindən biri də budur ki, "məxfi milyonçu"lar arasında bir nəfər olsun belə, iş adamı yoxdur: pulluların hamısı məmurlar, hakimiyyət mənsublarıdı", - S.əhmədcanov dedi.
Milyonçuların sayına görə isə MDB məkanında absolyut rekordçu Rusiyadır. Buradakı pullular da varidatlarının həcmini açıqlamaqdan qorxurlar və maksimum dərəcədə məxfiliyi qorumağa üstünlük verirlər. Lakin son vaxtlar Rusiya zənginlərinin kapitallarını çox sürətlə Qərbə köçürmələri nəticəsində 1990-cu illərin əvvəllərindən bəri qapalı və gizli saxlanan gerçəklik üzə çıxıb.
Sadaladığımız beynəlxalq ekspert şirkətlərinin hesablamalarına görə, hazırda Azərbaycanda 3500 nəfər idollar milyonçusu var: onların 99,84%-i "məxfi milyonçu" sayılır və varidatlarını rəsmən açıqlamayıblar.
Ermənistanda 34, Belarusda 8 min, Gürcüstanda 790, Qazaxıstanda 9960, Qırğızıstanda 720, Latviyada 600, Litvada 3100, Moldovada 28, Ukraynada 120, Estoniyada 600, Özbəkistanda 250, Rusiyada isə 132 min dollar milyonçusu yaşayır.
Həsən AĞACAN
Açar sözlər:
Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) təşəbbüsü ilə Kanadada “AzCan TV” adlı Azərbaycan telekanalı açılıb. KADF ilə ROGERS TV arasında bağlanan müqaviləyə əsasən sentyabrın 1-dən efirə çıxması nəzərdə tutulan “AzCan TV” ilk mərhələdə həftədə 1 saatlıq proqramla ROGERS TV-nin nəzdində fəaliyyət göstərəcək.
Açar sözlər:

Leonardo da Vinçinin romanlara mövzu olan "Hz. İsanın Son Axşam Yeməyi" adlı tablosunda, daha bir sirli şifrənin olduğu aydınlaşdı. Bilgisayar alimi Slavisa Pesçi, tablonun üzərinə, xüsusu texniki vasitələrdən istifadə edərək, onun güzgüdəki əksini əlavə etdi. Ortaya çıxan sonuc hər kəsi heyrətləndirdi. Belə ki, normalda tabloda olmayan iki xarakter bu halda sirli bir şəkildə aydınlanaraq, görünməyə başlayır: Hz. İsanın yanında, qucağında uşaq tutan bir qadın görünür. Bu qadının Məcdəli Məryəm olduğu və “Da Vinçi Şifrəsi” romanında da yazıldığı kimi- Hz. İsanın uşağını tutduğu iddia edilir.
Pesçinin bu ilginç kəşfinin yayımlandığı sitələr insanların aşırı marağı ilə üzləşdi. leonardodavinçi.tv, codeicedavinçi.tv, cenacolo.biz və leonardo2007.com sitələri, fantastik sayda müraciətlərdən çöktü. Son 10 gündə bu sitələrə 15 milyon adam girdi.DA VİNCİ ŞİFRƏSİ NƏDİR?
Yazar Dan Brown’un "Da Vinçi Şifrəsi" adlı kitabında Xristiyanlığın müqəddəs əmanətlərindən olan "Müqəddəs Kasa"nin sirrindən danışılır. Satış rekordlarını qıran kitab əsasında film də çəkilib. Əsərdə Harvard Üniversitətinin professoru Robert Lanqdon, Paristə işgüzar səfərdə ikən , gecə yarısı, Luvr muzeyinin yaşlı müdirinin öldürülmüş halda tapılması xəbərini alır.
Lanqdon və fransız həmkarı Sofiya Nevyu hadisəni araşdırmağa girişərək, böyük bir sirrin izinə düşürlər.
İzlər onları Da Vinçinin məşhur “Mona Liza” tablosuna gətirib çıxarır. Məlum olur ki, böyük rəssam "Müqəddəs Kasa"nın sirrini hər kəsin görə biləcəyi bir yerdə- tablonun içində gizlətmişdir.
Hadisəyə çevrilən kitabda, Katoliklərin İsa Peyğəmbərin “Tanrının oğlu” olması inancına qarşı tezislər yer alır. Kitaba görə İsa, adi bir insandır. Üstəlik Katolik aləmi tərəfindən fahişə olaraq qəbul edilən Mariya Maqdelena (Məcdəli Məryəm) ilə evlənmiş və bir uşağı olmuşdur.
Pesçinin yeni kəşfində tabloda Hz.İsanın yanında peyda olan qadının məhz Mariya Magdalena, qucağındakı uşağın isə İsanın oğlu olduğu iddia edilir.
Açar sözlər:
Dubayda inşa edilən qüllə, 512,10 metrə yüksekliyə çataraq, dünyanın ən yüksək qülləsi oldu.
"Dubay Bürcü" adlı qüllə, Tayvanın paytaxtında yerləşən "Taypey 101"i artıq indidən 4 metr arxada qoymuş oldu.
Qüllənin inşasına 2004-cü ilin sonlarından başlanılmışdı.
Binanın artıq 141mərtəbəsi tikilib. İnşaat işləri hələ də davam edir və qüllənin neçə mərtəbə olacağı ilə bağlı açıqlanma verilmir.
"Dubay Bürcü"nün dəyərinin 20 milyard dollar olduğu bildirilir.
Açar sözlər:
SSR-nin ilk və yeganə prezidentinə bunun müqabilində 1 milyon avro qazanacaq
SSRİ-nin keçmiş prezidenti Mixayıl Qorbaçov reklama çəkilib. Qeyd edək ki, Qorbaçov 10 il əvvəl pitsa restoranlar şəbəkəsi «Pizza Hut»-un reklamına çəkilmişdi. Baş rolun ifaçısı da daxil olmaqla rolun bütün büdcəsi 1 milyon dollar olub.
İndi isə eks prezident «Louis Vuitton» reklamında çəkilir. Tanınmış jurnalın avqust nömrəsi üçün fotosesiyanı məşhur fotoqraf Enni Leybovis keçirib. Qorbaçovdan başqa reklam aksiyasında Andre Aqassi, Şteffi Qraf və Katrin Denev də iştirak edib.
Məumata görə, Qorbaçovun qonararı «100 minlərlə avro» dəyərində olacaq.
Reklamda Şteffi Qraf və Andre Aqassi mehmanxana otağında qucaqlaşmış vəziyyətdədirlər.
Katrin Denev isə istirahət edir. Qorbaçov reklamda avtomobilin arxa oturacağında oturmuş, bir əli ilə qapını tutaraq pəncərədən çölə baxan vəziyyətdə görünür. Tanınmışlar reklamda səyahətin gözəlliyini təcəssüm edirlər.
Qeyd edək ki, Qorbaçovun çəkilişlərdə iştirakı üçün uzun müddət danışıqlar aparılıb. O yalnız kompaniyanın nümayəndəsi ilə görüşəndən və reklamın mənasını başa düşəndən sonra razılıq verib./ANS PRESS/
Açar sözlər:

Sankt-Peterburqda baş vermiş hadisədə üç nəfər yaralanıb
Sankt- Peterburqun meyvə bazarında Azərbaycan vətandaşları arasında dava düşüb. «Fontanka.ru» agentliyinin məlumatına görə, dava nəticəsində üç azərbaycanlı yaralanıb. 38,19 və 18 yaşlarında şəxslər çoxsaylı bıcaq yaraları ilə xəstəxanaya aparılıblar. Milisin verilən məlumata görə, azərbaycanlılar Sankt-Peterburqda qeydiyyatsız yaşayanlardır. Hadisənin səbəbləri araşdırılır. /ANS PRESS/
Açar sözlər:
İlin əvvəlindən bəri Azərbaycanda 290 intihar hadisəsi qeydə alınıb. Dünyasını könüllü dəyişənlərin 39-i şimal rayonlarının sakinləridir. Daxili İşlər Nazirliyi və Məhkəmə-Tibbi Ekspertiza və Patoloжi Anatomiya Birliyindən verilən məlumata görə, intihar hallarının 11-i Qusar, 9-u Quba, 7-i Xaçmaz, 4-ü Dəvəçi, 6-sı Siyəzən, 2-i Xudat rayonunda baş verib. İntihar edənlər arasında kişilər qadınlardan təxminən iki dəfə çoxdur. Belə ki, şimal bölgələrindəki suisidlərin 25-i kişi, 14-ü isə qadınlarla bağlıdır.
İntihar formalarına gəldikdə isə, vətəndaşlarımız əksər hallarda özünü asma, kütl alətlə bədənə ağır xəsarət yetirməyə "üstünlük verirlər".
Bununla yanaşı 3 nəfər özünü güllə ilə vurub, 1 nəfər zəhərli kimyəvi maddə içib, 1 nəfər isə özünü boğub.
Azərbaycanın digər rayonlarına və bölgələrinə gəldikdə isə, burada intiharların spesifikası fərqlidir. Cənub rayonlarında intihar edənlər arasında qadınlar, Aran rayonlarında kişilər daha çoxdursa, Bakıda nisbət təxminən bərabərdir.
Azərbaycan Müstəqil Psixoloжi Yardım Mərkəzinin psixoloqu Ələviyyə Quliyevanın dediyinə görə, intihar faktları arasında belə fərqlərin areal xüsusiyyətləriylə yanaşı, sosial səciyyələri də var.
"İntiharlar adətən adaiın ağır sosial-iqtisadi şərtlərə dözməməsi, həllini mümkünsüz saydığı problemlə üzləşməsi və ya dərin psixoloжi sarsıntıya düçar olması nəticəsində baş verir. Eyni zaman, mental xüsusiyyətlər də öz sözünü deyir. Son vaxtlar intiharların dinamikasına nəzər salsaq, ağır həyat şəraiti, daha konkret olsaq işsizlik, pulsuzluq, həddən ağır yaşam şərtlərinə dözməyənlərin çıxış yolu kimi intiharı seçdiyini görərik. Eyni zamanı, sırf mənəvi-psixoloжi sapıntılar və sarsıntılar nəticəsində suisidə əl atanlarla bağlı statistikada da artım var. Bu, çox təhlükəli haldır", - Ə.Quliyeva dedi. Onun sözlərinə görə, cəmiyyətdə yaşanan problemlərlə fərdi səviyyədə davam gətirə bilməyən insanlara yardım məqsədilə ölkənin hər yerində, xüsusilə də kənd rayonlarında psixoloжi yardım mərkəzləri yaradılmalıdır. Bu, problemlərdəni çıxış yolu olmasa da, qarşılaşdığı problemə adekvat reaksiya verə bilməyən insanlaar cüzi də olsa, köməyə çevrilərdi. Daxili İşlər Nazirliyində də intihar statistikasının mövcud formasına təəssüfləndiklərini bildirərək, bu "qara dinamika"nın azaldılması üçün müvafiq dövlət və qeyri-hökumət təşkilatlarıyla əməkdaşlığa hazır olduqlarını dedilər: "Söhbət vətəndaşların həyatlarına könüllü şəkildə son qoymalarının sayını azaltmaqdan gedirsə, bu sahədə istənilən məntiqi təklifi müzakirə etməyə hazırıq".
İntihar edənlərin arasında kişilərin daha çox olmasına gəldikdə isə, ekspertlərin fikrincə, bunun səbəbi ailə-məişət problemləri və iqtisadi-sosial qayğıların daha çox kişiləri "hədəf" seçməsidir.
"Statistikaya baxsaq, özünü asan, boğan və ya kəsən kişilərin təxminən 78 faizi həyatlarına işsizlik və pulsuzluğa, ailələrini dolandıra bilmədiklərinə görə, son qoyurlar. Dəfələrlə deyilsə də, bir daha təkrarlayırıq: yoxsluluğun səviyyəsi aşağı salınmayınca, işsizlik səviyyəsi azaldılıb vətəndaşların iqtisadi-sosial durumu yaxşılaşmayınca intiharların sayında azalmanın müşahidə olunacağını düşünmək sadəlövhlükdür", - İqtisadi Tədqiqatlar Fondunun eksperti Elşən Muradov söylədi.
Azərbaycanda orta hesabla hər iki gündə 3 nəfər intihar edir. Suisidə meylli, ağır sarsıntıya məruz qalan və ya sapıntılar yaşayan kəsləri bir kənara qoysaq, özlərini asan, vuran, kəsən, boğanların təxminən 70 faizinin intiharının səbəbi pulsuzluqdur
Açar sözlər:
“Qədim Şəmkir şəhərindəki Narınqala dağılmaq ərəfəsindədir. Onun qarşısından axan su kanalı abidəyə ciddi dağıdıcı təsir göstərir, qalanı məhv edir. Bu kanalın qazıntısı, suyu abidənin Şəhristan hissəsini xeyli dağıdıb. Bu hadisə mədəniyyət abidəsinə qarşı son illərin ən böyük vandalizmidir. Bu abidənin dövlət tərəfindən qorunduğunu dəfələrlə bildirmişik, şikayət etmişik, amma bir nəticəsi yoxdur”. Bu barədə APA-ya Qədim Şəmkir şəhərində tədqiqat aparan ekspedisiyanın rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun orta əsrlər arxeologiyası şöbəsinin müdiri Tarix Dostuyev məlumat verib.
Onun sözlərinə görə, ekspedisiya orta əsrlərə aid Qədim Şəmkir şəhərinin Narınqala hissəsinin, qala divarlarının torpaq qalıqlarından azad etmək, üzə çıxarmaq məqsədi ilə tədqiqat aparır. Şərq tərəfdən 80 metr qala divarı tamamilə açılıb, hazırda Narınqalada arxeoloji qazıntılara başlanılıb. Ekspedisiya rəhbərinin bildirdiyinə görə, kanal qazıntılara da mane olur.
Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin aparıcı məsləhətçisi Fazil Məmmədovun APA-ya bildirdiyinə görə, Qədim Şəmkir şəhəri ərazisindən su kanalının axmasının qarşısını almaq məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət olunub. Bu qurum tərəfindən bir neçə təklif irəli sürülsə də, məsələ hələ də öz həllini tapmayıb. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə Şəmkirdə tədqiqat aparan ekspedisiyanın işi sentyabr ayına kimi davam edəcək.
Açar sözlər:
Artıq blogumuzun forumu fəaliyyətə başlayıb. Forumda müxtəlif mövzular və başlıqlar altında istifadəçilər öz fikirlərini başqaları ilə paylaşmaq imkanı qazanacaq. Forum həm də Azəri Blog istifadəçilərinin bir-biri ilə tanış olması, problemlərini qarşılıqlı paylaşması və həlli üçün nəzərdə tutulub. Burada hər bir istifadəçi öz blogunun tanıtımını qurmaq, qarşısına çıxan texniki problemlərin həlli üçün yardım araya bilər.
İki gündür start verdiyimiz “Ən yaxşı blog” müsabiqəsi ilə bağlı detallı yenilikləri də forumdan oxumaq və müzakirələrdə iştirak etmək mümkündür.
Bir sözlə, foruma baş çəkib, öz fikir və problemlərinizi başqaları ilə paylaşmaqdan çəkinməyin.
Bu, bir müzakirə meydanıdır.
Açar sözlər:
ABŞ-ın Pensilvaniya ştatındakı Uilks-Barre şəhərinin meriyası 59 yaşlı kitabsevər Con Puçnyakın evini müsadirə edib.
Evsiz qalan Puçnyak mehmanxanaya köçəmk məcburiyyətində qalıb.
Hər şey yanğın təhlükəsizliyi ilə bağlı adi yoxlamadan sonra başlayıb. Şəhər adminsitrasiyasının məmurlarının fikrincə, qoca Puçnyakın evindəki 3000 kitab "yanğın təhlükəsi mənbəyidir".
Məhkəmə meriyanın tərəfini tutub. Hökmdə bildirilir ki, C.Puçnyak ya evindəki "kitabları qaydaya salıb şikayət üçün əsasları ləğv etməli, ya da evindən məhrum olmaqla razılaşmalıdır".
Açar sözlər:
Dövlət Dəmir Yolu İdarəsi obyekt sahibləri ilə danışıqlara başladı
Dövlət Dəmir Yolu İdarəsinin "Yol" İstehsalat Birliyi dəmir yolunun təhkim zolağının Biləcəri istiqamətində yerləşən obyektlərin söküntüsünü dayandırıb. Bu barədə məlumat "OLAYLAR"a Dövlət Dəmir Yolu İdarəsindən verilib. Köçürülmə işlərinin dayandırılmasına səbəb obyekt sahiblərinin narazılığı və işçilərlə ərazidə yaranan qarşıdurma olub. Nəticədə bir neçə obyekt söküldükdən sonra iş dayandırılıb. Hazırda Dövlət Dəmir Yolu İdarəsi obyekt sahibləri ilə yenidən danışıqlara başlayıb. "Yol" İstehsalat Birliyinin işçiləri isə hazırda Montin-Keşlə və Keşlə-Biləcəri dəmir yolu istiqamətindəki obyektlərin köçürülməsini davam etdirir. Məlumatda bildirilir ki, dəmir yolu işçiləri yaxın vaxtlarda Buzovna, Mərdəkan, Zabrat, Sabunçu, Hövsan, Suraxanı və digər ərazilərdə də təhkim zolağının kənarındakı obyektlərin köçürülməsinə başlayacaq.
Açar sözlər:
Zaqatalada qeyri-adi təbiət hadisəsi baş verib. Rayonun Danaçı kəndində Həbib Zutov adlı kənd sakininin həyətindəki armud ağacında qoz bitib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zutovlar ailəsi məlumat verib. H. Zutovun sözlərinə görə, 100-dən artıq yaşı olan armud ağacının koğuşunda əmələ gəlmiş qoz ağacının diametri 20 santimetrdir.
Bu il armud ağacının koğuşunda inkişaf edən qoz ağacı məhsul verib. 15 il əvvəl armud ağacının koğuşunda bitən qoz ağacını bir dəfə kəsdiyini söyləyən H. Zutov ağacın yenidən boy atdığını bildirib.
Açar sözlər:
Sərdar Ortacla 10 illik müqavilə bağlayan Röya Türkiyəyə getdi...
Gənc müğənni Röya məşhur Türkiyə sənətçisi Sərdar Ortacla 10 illik əməkdaşlıq müqaviləsi imzalayıb. Bununla bağlı mətbuat konfransı keçirən Röya S.Ortacın onun səsini internetdə dinlədiyini və bəyəndiyini bildirib: "Sərdar Ortac internetdə dörd Azərbaycan müğənnisinə qulaq asıb. Onların içərisində ən çox mənim səsimi bəyənib və Нahid Emiloğlu vasitəsilə mənimlə əlaqə saxlayıb. Əvvəlcə təklifi qəbul etmək istəyində deyildim. Çünki bu çox uzun zamandır. Ancaq sonra bu işin mənə uğur gətirəcəyinə inandım və razılıq verdim".
Müqavilənin şərtlərini açıqlayan müğənni deyib ki, Azərbaycanda 10 il müddətində solo-konsert verməyəcək: "Albom çıxarmağıma, yeni mahnı yazdırmağıma, "zəngimcell"də musiqilərimin yer almasına, internetdə şəkillərimin yayımlanmasına da qadağa qoyulub. Yalnız bu zamana kimi ifa etdiyim musiqilərə klip çəkdirmək hüququm olacaq. Ancaq toylara və şou-proqramlara qatılma şansım var. Çünki bunlar mənim şəxsi işlərimdir".
Müqavilə Röyanı bir müddət ana olmaqdan da məhrum edib: "Bu il ana olmaq istəyirdim. Ancaq buna qəti etiraz etdilər. Dedilər ya ana olduqdan sonra işə başlayaq, ya da gözləməlisən. Mən isə iki ildən sonra ana olmağı qarşıma məqsəd qoymuşam. Müqavilənin şərtləri buna imkan verməsə də, mən təşkilatçılarla danışıb, bu işi həll etməyi düşünürəm".
Müqavilə müddətində Röya Sərdar Ortacla birgə Türkiyədə iki albom buraxdıracaq. Albomun birində Röyanın 11 mahnısı, digərində isə Sərdar Ortacla 4 dueti yer alacaq: "Alboma daxil olacaq iki duetə klip çəkilişi nəzərdə tutulub. Albomlarda Sezen Aksunun da bəstələri yer alacaq. Mən müqavilə müddətində Azərbaycana gedib-gəlmək hüququna malikəm. Bu müddət ərzində ailəmin maddi problemlərini həll edəcəyəm. Çünki onların bütün yükü mənim üzərimdədir".
Tədbirin sonunda isə Röya mətbuat nümayəndələrinin gözü qarşısında Sərdar Ortacla müqaviləsini imzalayıb.
"Elnurla münasibətim çox pisdir. Elnurdan iki il əvvəl küsən mən olmuşam. Buna səbəb isə sənətdə olan bəzi qadınlarla mənim haqqımda danışdığı söhbətlər olub. Onun mənim haqqımda danışdıqlarını öz qulağımla pərdə arxasında olarkən eşitmişəm", -bu sözləri isə Röya APA-ya açıqlamasında deyib.
Elnurun bu hərəkətindən sonra ondan soyuduğunu və qəlbən incidiyini bildirən sənətçi buna baxmayaraq, barışmaq üçün ilk addımı özünün atdığını söyləyib: "Mənim ondan küsməyə haqqım var, ancaq iki dəfə toyda rastlaşarkən barışmaq üçün salam versəm də, salamımı almayıb".
Xalq artisti İlhamə Quliyeva ilə barışdıqdan sonra gəzən şayiələrə də aydınlıq gətirən sənətçi bu addımı heç bir təzyiq altında atmadığını vurğulayıb: "Mən "Azəristar"a gələndə, artıq İlhamə Quliyeva ilə barışacağamı bilirdim. Yaxşı deyildi, mənim böyüyümdü. Onunla barışmaq üçün heç kim mənə təzyiq göstərməyib. Bu addımı öz ağlımla atmışam".
Aygün Kazımova ilə də danışdığını bildirən Röya onunla münasibətinin pozulmasında başqalarını günahkar bilib: "Bizim aramızda bir çox vasitəçi var idi, olmayan sözlər danışırdılar. Tolik mənim yanımda olanda bütün gün Aygün Kazımovanın qeybətini qırırdı. Ancaq mən hər zaman ona bu söz-söhbətdən narazı olduğumu bildirirdim. Aygün Kazımovaya isə Tolikin onun haqqında danışdıqları məlum idi. Elə bu səbəbdən onu yanına çağırmışdı. Aygün Kazımovanın yeganə məqsədi onu sındırmaq idi və bunu bir ay müddətində çox gözəl bacardı".
Restoranlarda keçirilən şou-proqramlardan iyrəndiyini gizlətməyən gənc müğənni bildirib ki, bir ildən artıqdır bu cür proqramlarda çox az hallarda çıxış edir.
Açar sözlər:
Azərbaycan prezidenti İlham Əliyevin qısamüddətli məzuniyyəti başa çatıb.Prezident Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məzuniyyətdən qayıdan dövlət başçısı bu gündən işə başlayıb.
Açar sözlər:
Güclü istilər Macarıstanda 500 nəfərin ölümünə səbəb olub. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Macarıstan Milli Tibb Mərkəzinin rəhbəri Ferenç Falus açıqlama verib. Onun sözlərinə görə, isti hava kütləsi keçən həftə Macarıstanın mərkəzində 230 nəfərin dünyasını dəyişməsi ilə nəticələnib. F. Falus ölənlərin sayının artacağını istisna etməyib.
Açar sözlər:
Respublika Prokurorluğu: “Bizim yol” qəzetinin əməkdaşı 3500 ABŞ dolları rüşvət alarkən yaxalanıb”
Dünən təxminən günorta saatlarında "Bizim yol" qəzetiminin əməkdaşı Müşfiq Hüseynli Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Amma həbslə bağlı heç bir məlumat verilməyib. Yalnız axşam saatlarında jurnalistin qardaşı Faiq Hüseynova özünü orqan işçisi kimi təqdim edən bir şəxs zəng edərək Müşfiq Hüseynlinin həbs olunması barədə məlumat verib və MTN-in istintaq təcridxanasına paltar gətirilməsinin lazım olduğunu söyləyib.
Jurnalistin həbs olunması xəbərini redaksiyaya ailəsindən bildiriblər. Dərhal həbsin motivini araşdırmaq üçün qəzet tərəfindən MTN-lə əlaqə saxlanılıb. Amma nazirlikdən heç bir məlumat verməyib. Əməkdaşlar MTN-ə gedərək həbsin motivləri barədə məlumat almaq istəsələr də, özünü təqdim etməyən şəxslər hər şeyin sabah (bu gün) məlum olacağını söyləyiblər. Yalnız onu öyrənmək mümkün olub ki, Müşfiq Hüseynli saxlanıldıqdan sonra Səbail rayon Məhkəməsinə gətirilərək barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda o, MTN-in təcridxanasında saxlanılır.
Hadisə və həbsin motivlərini araşdırmaq üçün Mətbuat Şurasının sədri Əflatun Amaşova, İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudova və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynliyə müraciət edilib.
Axşam saat 21 radələrində Mətbuat Şurasının sədr müavini İbrahim Məmmədov MTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayevlə əlaqə saxlaya bilib. Amma Arif Babayev hadisə barədə, ümumiyyətlə, onda məlumat olmadığını bildirib.
Elçin Behbudov da MTN rəhbərliyi ilə əlaqə saxlamağa çalışsa da, səmərəsiz qalıb.
Amma bu gün M.Hüseynovun qohumu Təhmasib Hüseynovun APA-ya verdiyi məlumata görə, dünən saat 22.00 radələrində MTN əməkdaşları tərəfindən M. Hüseynovun evində axtarış aparılıb və iki kompüter götürülüb. T. Hüseynov bildirib ki, məhkəmə qərarını elan edən MTN əməkdaşları M. Hüseynovun rüşvət tələbetmə maddəsi ilə həbs edildiyini deyiblər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev isə APA-ya bildirib ki, Müşfiq Tofiq oğlu Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatların “Bizim yol” qəzetində dərc edilməməsindən ötrü həmin nazirliyin aparat rəhbəri Rizvan Bayramqulu oğlu Əliyevdən rüşvət tələb edib. M. Hüseynov Yasamal rayonu, Müşfiq küçəsi, 1 ünvanında yerləşən “Qurd qapısı” restoranına görüş təyin edib və iyulun 24-də saat 15.00 radələrində tələb etdiyi 3500 ABŞ dollarını alarkən cinayət başında yaxalanıb. M. Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə nəzərdə tutulan cinayətlə təqsirli bilinərək şübhəli şəxs qismində saxlanılıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.
Belə bir hadisənin olmasına heç cür inana bilmirəm. Ancaq belə bir fakt baş veribsə, bunu çox mənfi qiymətləndirirəm”. Bu açıqlamanı isə APA-ya “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev rəhbərlik etdiyi mətbuat orqanının şöbə redaktoru Müşfiq Hüseynovun rüşvət alarkən həbs edilməsi ilə bağlı Respublika Prokurorluğunun məlumatını şərh edərkən deyib. Baş redaktor bir müddət əvvəl “Bizim yol” qəzetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Aparat rəhbəri Rizvan Əliyevin haqqında məqalənin dərc olunduğunu, qəzetin növbəti nömrələrində isə həmin şəxsin qarşı tərəf kimi mövqeyinin işıqlandırıldığını deyib: “Bundan sonra həmin şəxs barəsində qəzetimizdə başqa yazı getməyib”.
Açar sözlər:
Murad Köhnəqala
Bilirsinizmi, hakimiyyətdəkilər narazı xalqı necə sakitləşdirir? Daha doğrusu. xalqın başını necə yozur? Müstəqilliyimiz var, deyirlər. Dövlətmiz var, bayrağımız var, himnimiz, gerbimiz var deyirlər. Yəni xalqa tapşırıblar ki, siz gedin, bayraq-gerbnən fəxr eləməknən məşğul olun, dövlət-sərvət – bu işlərlə biz məşğul olacağıq.
Azərbaycan Respublikasının yaşını keçən əsrin 20-ci illərindən hesablayırlar. Cümhuriyyət tariximiz qızıl səhifələrə düşsə də, yeni dövlətçilik tariximiz 1920-ci ildən 2007-ci ilə qədər sayılmamalıdır, çünki ortada böyük bir rus istilası uzanıb. İki ilə qədər Məhəmmədəmin Respublikası, bir ilə qədər də Elçibəy hakimiyyəti duruş gətirib. İkisi bir yerdə birtəhər 3 il eləyir. 1993-cü ildən isə Heydər Əliyev komandasının zorla hakimiyyətə gəlməsi tarixi kimi hesablanır. Yəni belə götürəndə yeni dövlətçilik tariximiz, dövlətçilik qürurumuzun 4-5 yaşı ola-olmaya. Yəni bağça yaşındakı bir uşaq. Ona görə də yırtıcı məmurlar o bağça uşağının gah çörəyini, gah yağını, gah qəndini, gah komasını, nə bilim, gah paltarını oğurlayır. Gah qazını kəsir, gah işığını. Deməyim odur ki, yapçıların hakimiyyəti dövrü dövlətçilik yox, soyğunçuluq dövrü kimi tarixə düşəcək.
Düz 132 il bundan qabaq Həsən bəy Zərdabi öz dilimizdə ilk dəfə «Əkinçi» adlı qəzet çıxarıb. Bu, o demək deyil ki, Azərbaycan mətbuatının 132 yaşı var. Elə bayaq xatırladığımız iki qırıq demokratik hakimiyyətin ömrü qədər də «Əkinçi»nin ömrü olub. İki ildə cümhuriyyət dövrünü bura əlavə edək, qoy eləsin 4 il. 1988-1998-ci illər arası mətbuatımız senzura altında fəaliyyət göstərib. O illəri yaşayanların yadında qalmış olar, qəzetlərdəki materiallar ala-bula çap olunurdu. Çünki senzura materiallarda xoşuna gəlməyən yerləri kəsib-doğrayırdı. Yəni bu senzuralı keçən 10 il mətbuatın bərkiməsində rol oynasa da, o illər azad mətbuat, açıq söz, sərbəst fikir dövrü sayıla bilməzdi. Qaldı, 1998-ci ildən bu yana olan mətbuat tariximiz isə ən cavan jurnalistin də gözləri qarşısındadır: pulsuzluq, hakimiyyət tərəfindən düşmənçilik, təhdidlər, təhqirlər, hədələr, fiziki təcavüzlər, türmələr və güllələr. Yəni Azərbaycanda söz azadlığının nə qədər yaşı olar? Bələkdəki körpənin yaşı qədər yaşı varmı, görəsən, ay qarmonçalan?!
Mətbuat Şurası dillərə bir söz salıb: «Reket jurnalist». Əvvəla, «reket» nə deməkdir? Mən həqiqi reketləri Rusiyada gördüm. Onlar dəstə-dəstə fəaliyyət göstərir. Başçıları olur. Bu reket dəstəsində əsasən qoluzorlu, idmançı gənclər toplaşır. Reket dəstələri şəhərləri, rayonları, ticarət obyektlərini öz aralarında bölüşürlər. Bir reket dəstəsi digər dəstənin qanadı altında olan əraziyə girmir. Onlar qanadı altına aldıqları ticarət obyektlərinin təhlükəsizliyinə cavabdeh olurlar və əvəzində hər obyektdən faiz alırlar. İndi deyin görüm, bu mənada bizdə hansı jurnalisti reket adlandırmaq olar? Bizdə hansı jurnalist gedib bir mağazaya, sexə, şadlıq sarayına hansısa bir ticarət obyektinə faiz qoyub? Yaxud hansı müstəqil jurnalist belə bir iş görə bilər?
İcazə verin, «reket jurnalist» sözünü özümüz üçün izah eləyək. Bayaq dedik axı, bizim azad söz tariximizin yaşı bələkdəki körpənin yaşı qədərdir. Ona görə də belə bir soyğunçu hökumətdə jurnalist sözünün heç bir qorxusu və çəkisi yoxdur. Jurnalist görür ki, iri məmurların korrupsiyasından nə qədər yazsa da, heç nə düzəlmir. Heç nə düzəlməyəndə də Azərbaycan vətəndaşı olan bu jurnalist yaşaya bilmir, başlayır qorxan məmur axtarmağa. Qorxan məmur da, adətən, böyük məmurların qəzəbindən qorxan kiçik məmurlardır. Əlbəttə, bu sistemin içində işləyən hər bir məmur istər-istəməz müxtəlif maxinasiyalara bulaşıqlı olur. Ona görə də jurnalist qələmindən qorxan bəzi xırda məmurlar hərdən jurnalistə rüşvət verirlər. Bu haqq-hesab əlli dollardan ən uzağı üç yüz dollara qədər qalxa bilər. Ondan artığına heç vaxt inanma! Sözlərimə dirək kimi sual verə bilərəm: Kim mənə elə bir «reket jurnalist» göstərə bilər ki, onun maşını (əgər varsa), mənzil şəraiti (əgər varsa), əlavə biznesi (əgər varsa) iqtidar yönlü qəzet və televiziya jurnalistlərinin maşınından, mənzilindən və əlavə biznesindən zəngin olsun? Camaatı dolamayın. Reket özünüzsünüz!
Açar sözlər:
Zahir Əzəmət
zahirazamat@gmail.com
Növbəti hədəf Azərbaycandır
Türkiyədəki son parlament seçkiləri bir neçə tərəfdən diqqətimi çəkdi. Bütüm gözləntilərə rəğmən Ərdoğanın partiyası nəinki məğlub olmadı, 2002-ci il rekordlarını da qıraraq, bu dəfə 340-dan artıq millət vəkiliylə parlamenti götürüb, yenidən təkbaşına iqtidar oldu.
AKP-nin qələbəsi qardaş ölkədə hələ uzun müddət dartışılacaq. Amma mənim də kənardan böyük həyacanla (çünki nəticələrin necə olacağının Azərbaycana da dəxli var idi, bu barədə aşağıda yazacağam) izlədiyim seçki prosesində sezdiyim bir mox məqamlar oldu ki, onları dəyərli oxucularımızla paylaşmaq qərarı verdim.
AKP-nin dindarlardan oluşduğu və dini çevrələrə yaxın olduğu hamıya bəllidir. Bir çox hallarda partiyanın nurçulara da yaxın olduğu söylənilir. Fətullah Gülənin nəzarətində olan media qurumlarının açıq-aşkar Ərdoğanın təbliğatı ilə məşğul olması bu qənaətləri daha da gücləndirdi.
AKP-nin rekord qələbəsinin sirri nədədir? Səbəbləri qısaca söyləməyə çalışacağam.
Açar sözlər:
Cavidan
ryabina06@list.ru
"qadın.az" seriyasından birinci yazı
Cənnət anaların ayaqları altındadır
Məhəmməd peyğəmbər
Anamızın ayaqları altında bilirsənmi nə var?
Anamızın öz ruhu, ürəyi, qüruru, ləyaqəti, rahat yaşamaq istəyi, ölmüş, amma hələ də basdırılmamış arzuları...və ən nəhayət, hər gün daha bir az öləziməkdə olan qadınlığı, gözəlliyi...
Bilirsənmi bunun səbəbi nədir?
Səbəbi yalnız odur ki, anamız özü bir kişinin ayaqları altındadır.
Səbəbin kökü isə çox sadədir.
Anamız Azərbaycan qadınıdır.
Ayaqları altında olduğu kişi isə Azərbaycan kişisi.
Açar sözlər:

Dalğanın sədri Ülvi Həsənli və Ramin Hacılı həbs olunaraq 9-cu bölməyə aparılıblar
Bu gün 22 iyul – Mətbuat günü münasibəti ilə Dalğa Gənclər Hərakatının üzvləri “Azad mətbuatı yaşadaq” adlı aksiya keçiriblər.
Öncədən mətbuatda elan olunduğu kimi, aksiya dinc xarakter daşıyırdı. Saat 18.00-da başlanan aksiya 20-00-da başa çatmalıydı. Aksiya iştirakçıları əllərində istədikləri qəzetləri tutub sakitcə oxumağı, və bununla da son yarım ildə durumu kəskin pisləşən Azərbaycan mətbuatı ilə həmrəylik nümayiş etdirməyi planlaşdırmışdılar.
Aksiyanın keçiriləcək yeri və vaxtı barədə mediada öncədən məlumat verməklə yanaşı, Bakı sakinləri arasında aksiyaya çağırışdan ibarət olan 6 min vərəqə yaymışdılar.
Təyin olunan vaxtda onlarla Dalğaçı və aksiyaya dəstək verənlər Fəvvarələr bağına yığışdı. Amma Bakı Şəhər Polis İdarəsinin çoxlu sayda əməkdaşı da bağın əhatəyə almışdılar.
Aksiyanın keçirilməsi polislər tərəfindən böyük basqıya məruz qalıb. Dalğa GH-nın üzvlərindən aldığımız məlumata görə, təşkilatın sədri Ülvi Həsənli və DİP Gənclər Təşkilatının sədri Ramin Hacılı polislər tərəfindən döyülərək, zorla pois maşınına otuzdurulmuş və 9-cu bölməyə aparılmışlar.
Təşkilatın bir çox digər üzvü də polis zorakılığına məruz qalıblar.
Açar sözlər:
