Reklam verin!
HostGator


Azad SözAvqust 6, 2008 16:23
Aparıcı müxalifət partiyaları seçkiləri boykot və seçkilərə qatılmamaq qərarı ilə yeni əməkdaşlıq imkanları yaradıb. Bu sahədə müxalif partiyaların sonrakı fəaliyyəti cəmiyyət üçün maraq doğurur. Müsavat və AXCP liderləri İsa Qəmbərlə Əli Kərimli bununla bağlı “Turan”a şərh verib. “Təbii ki, aparıcı siyasi qüvvələrin eyni mövqedə olması əməkdaşlıq üçün yeni imkanlar açır və yeni şərait yaradır. Hesab edirəm ki, tərəflərin mövqeləri də bu əməkdaşlığın reallığından xəbər verir. Bu baxımdan Müsavat Partiyası məsləhətləşmələrə tam hazırdır”. Davamı...
Azad SözAvqust 6, 2008 11:45
Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazilər Kabinetində 2008-ci ilin altı ayının yekunları və görüləcək işlərlə bağlı müşavirə keçirilib. Müşavirədə çıxış edən Azərbaycan prezidenti ölkədəki inkişafdan, siyasi və iqtisadi islahatların aparılmasının vacibliyindən danışıb.
Müşavirəni APA-ya şərh edən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, dövlət başçısı bütün rayon və şəhərlərdə portretlərinin yığışdırması barədə göstəriş verib: “Prezident deyib ki, bu həm də prezident seçkisi ilə bağlı kampaniya başlayanda seçki qanunvericiliyinə hörmətdir.
Davamı...
Azad SözAvqust 6, 2008 11:34

Bu barədə “Azadlıq” radiosuna onun özü məlumat verib. R.Arifoğlu deyib ki, Müsavat Partiyası seçkini boykot etməklə Ilham Əliyevin qarşısından kənara çəkilib. Onun sözlərinə görə, qarşısına dinc məqsədlərlə hakimiyyətə gəlmək məqsədini qoyan partiyanın seçkidən imtina etməsi absurddur. Ancaq Arifoğlu qərar verməkdə tərəddüd etdiyini də dilə gətirib. Baş redaktor deyib ki, seçkiyə çox az vaxt qalmış Müsavat Partiyası rəhbərliyinin belə bir qərar verməsi onun kimi düşünən insanları seytnot vəziyyətinə salıb

Davamı...
Azad SözAvqust 4, 2008 17:17

 Bəzi müxalifət qruplarının Azərbaycanda prezident seçkilərində iştirakdan imtinası, ümumilikdə, onlarda dövlət və cəmiyyətin siyasi - iqtisadi inkişafına dair hər hansı fikirlərin və baxışların olmaması ilə şərtlənir. Müxalifət partiyalarının son qərarlarını şərh edən Azərbaycan prezidenti İcra Aparatının Siyasi Analiz və İnformasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bu fikirdədir.    Onun sözlərinə görə, seçkilərə getmək üçün beş il ərzində dayanmadan çalışmaq lazımdır.

Davamı...
Azad SözAvqust 4, 2008 16:59
“Çevrəmdəki adamlar mənə israrla deyir və hətta tələb edirlər ki, namizədliyimi irəli sürüm və demokratik düşərgə, narazı elektorat mübarizəni mənim timsalımda aparsın”
“Müsavatın seçkidə iştirak etməməklə bağlı qərarından partiyanın sıravi üzvləri, rayon təşkilatlarının rəhbərləri çox məyusdurlar. Onlar artıq öz məyusluqlarını ifadə edirlər. Belə bir vəziyyətdə çevrəmdəki adamlar mənə israrla deyir və hətta tələb edirlər ki, namizədliyimi irəli sürüm və demokratik düşərgə, narazı elektorat mübarizəni mənim timsalımda aparsın”.
Davamı...
Azad SözAvqust 4, 2008 16:42
Azərbaycan kommunistləri də prezident seçkilərində iştiraka qərar veriblər. Vahid Azərbaycan Kommunist Partiyasının avqustun 4-də keçirilən plenumunda təşkilatın sədri Sayad Saydovun namizədliyi irəli sürülüb.
Bu barədə S.Sayadov məlumat verib:  
«Partiyanın 34 rayon təşkilatı seçkilərlə bağlı öz müşavirələrini keçiriblər və mənim namizədliyim irəli sürülüb».
Davamı...
Azad SözAvqust 4, 2008 16:32
Müsavat və daha bir neçə partiyanın seçkidə iştirak etməmək haqda qərarı müxalifət düşərgəsində yeni bir koalisiyanın yaradılmasına imkan yaradır. Bunu «Azadlıq» blokunun və Müsavat partiyasının rəhbərliyi deyir. 
3 siyasi qüvvənin birləşdiyi «Azadlıq» bloku hələ ilin əvvəlindən seçkini boykot etmək haqqında qərar vermişdi. Müsavat isə boykot qərarını ötən şənbə verib. Buna qədər iki siyasi qüvvə arasında ciddi gərginliklər yaşanmışdı.
Davamı...
Azad SözAvqust 4, 2008 12:09
 Avqustun 3-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin növbəti sessiyası keçirilib. İclasda qarşıdan gələn prezident seçkisinə dair müzakirələr aparılıb. 
 
İclasında sonunda partiya sədri Qüdrət Həsənquliyevin prezident seçkilərinə namizədliyi təsdiqlənib. Məlumatı partiyanın seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli verib.

Davamı...
Azad SözAvqust 3, 2008 13:49

Pekin olimpiyadısının qaliblərini təltif etmək üçün nəzərdə tutulmuş minlərlə medalın təqdimat mərasimi keçirilib.

 

 

 

Davamı...
Azad SözAvqust 3, 2008 11:04
ABŞ-ın Gellap Araşdırma təşkilatı dünya üzrə insanların niyə bir ölkədən başqasına köçmək istəməsinin səbəblərini öyrənib. Sorğunun iyulun 30-da elan edilən nəticələrinə görə, miqrasiyaya kasıblardan daha çox imkanlı adamlar meyllidirlər. Amma bu o demək deyil, məsələn, məşhur milyarder indi çemodanlarını toplayıb köçməyə hazırlaşır. 
 
Davamı...
« Əvvəlki səhifə   Yazılar cəmi: 404    Sonrakı səhifə »





© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. Azad Söz tracker